Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndəsi Aktau şəhərində beynəlxalq tibbi sanitar qaydalarının tətbiqi çərçivəsində
05.06.2023

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndəsi Aktau şəhərində beynəlxalq tibbi sanitar qaydalarının tətbiqi çərçivəsində keçirilən Ümumdünya Səhiyyə Təşkilatının regional təlimində iştirak edib.

29 may-2 iyun 2023-cü il tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərində beynəlxalq tibbi sanitar qaydalarının tətbiqi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional təlimi keçirilib.

ÜST-nin Avropa nümayəndəliyinin təşkil etdiyi seminarda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistandan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndəliyinin tədbirdə iştirakı ÜST-nin Azərbaycan üzrə regional ofisi tərəfindən təşkil edilmişdir. Təlimdə Azərbaycan Respublikasını ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Cəvahir Süleymanova, Dövlət Gömrük Komitəsindən Şahlar Mirqasım, Səhiyyə Nazirliyindən Mürsəl Məmmədov təmsil edib. 

Seminar zamanı iştirakçılar dövlət sərhəd buraxılış məntəqələrində beynəlxalq hüquq normalarına əsaslanan sanitar-nəzarət sistemi ilə tanış olublar. Aktau şəhərinin beynəlxalq hava və dəniz limanlarına edilən səfərlər zamanı təlim iştirakçıları Beynəlxalq Tibbi Sanitariya Qaydaları çərçivəsində komanda-qərargah təlimlərində aktiv iştirak ediblər.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətini təmsil edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım sərhəd-buraxılış məntəqələrində həyata keçirilən sanitar nəzarəti və əks-epidemik tədbirlərin tətbiqi sahəsində Azərbaycanın təcrübəsini əhatə edən geniş təqdimatla çıxış edib. Təqdimatda COVID-19 pandemiyası zamanı dövlət gömrük sərhədində sanitar-nəzarətin təşkili xüsusi yer tutmuşdur.

Seminar zamanı Avropa Bürosunun ekspertləri tərəfindən beynəlxalq səyahətlərlə bağlı risklərin qiymətləndirilməsinə, yerüstü keçid məntəqələrində sərhədyanı ölkələrlə sanitariya nəzarəti sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirilib. 

Tədbirin sonunda təlim iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment