Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi
02.06.2023

Mərkəzi Gömrük Hospitalı "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Gəncə şəhərində yerləşən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirilib.  Tibbi sosial aksiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının direktoru Tale Cəfərov, Mərkəzi Gömrük Hospitalının tibb heyəti, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının əsas qayğı işçiləri və sakinləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndiriliməsi ilə başlanıb. Daha sonra Vətən müharibəsi şəhidlərinn ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev həm öz adından, həm Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun, həm Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayaraq, aksiyanın çox uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. 

İsmayıl Əfəndiyev "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının sakinlərini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, aksiyanın əsas məqsədindən danışıb.  O, deyib: “Bu gün bizim bura gəlməyimizin məqsədi uşaqları müayinə etmək, xəstəlikləri erkən aşkarlamaqdır ki, gələcəkdə uşaqlarımız sağlam böyüsün. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və  "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Mərkəzi Gömrük Hospitalının tibb heyəti tərəfindən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Gəncə şəhər filialı sakinlərinə davamlı olaraq müxtəlif tibbi aksiyalar davamlı olaraq keçiriləcək”.

Tədbirin rəsmi hissəsində çıxış edən  "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının direktoru Tale Cəfərov qonaqları salamlayaraq, Gəncədə yerləşən SOS Uşaq kəndi haqqında məlumat verib. O, Ümummilli lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısından, uşaqların rifahına yönəlmiş qərarlarından və təşəbbüslərindən danışıb. O, qeyd edib ki, Gəncə SOS Uşaq kəndi də məhz Heydər Əliyevin təşəbbüsü ilə 2006-cı ildə uşaqların istifadəsinə verilib. Belə ki, Heydər Əliyev 2001-ci ildə “SOS Kinderdorf İnterneyşnl” təşkilatının nümayəndə heyəti ilə görüşüb və onlarla "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının yaradılması haqqında razılığa gəlmişdir. Hazırda burada 4 əsas və 1 neçə yardımçı layihə olmaqla 70-dən çox uşağa alternativ qayğı göstərilir. T.Cəfərov Mərkəzi Gömrük Hospitalının bu tibbi sosial aksiyanın keçirilməsində əməyi olan əməkdaşlarına dərin təşəkkürünü bildirib.

Sonra Ümummilli lider Heydər Əliyevin uşaqlarla bağlı çıxışından fraqment səsləbdirilib. 

"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının balaca sakinləri qonaqlar qarşısında bədii kompozisiya nümayiş etdiriblər. Onlar vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər, mahnılar ifa ediblər, gözəl rəqslərlə çıxış ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev narkotik vasitələrin və psixotrop maddələrin ziyanı barədə, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova ilk yardım qaydaları barədə, Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova qızlar üçün cinsi inkişaf və reproduktiv sağlamlıq barədə, uşaq cərrahı Toğrul Piriyev oğlanlar üçün cinsi inkişaf və reproduktiv sağlamlıq barədə, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə sağlam həyat tərzinin təbliği və tütün istifadəsi ilə bağlı "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialınının əsas qayğı işçiləri,  tərbiyəçiləri və sakinləri üçün təlimlər keçiriblər. 

Mərkəzi Gömrük Hospitalının həkimləri "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının valideyn himayəsindən məhrum olmuş 100-ə yaxın uşağı kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinə ediblər, məsləhətlərini veriblər və hər birinə kitab hədiyyə ediblər.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment