1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta və PAŞA Həyat Naxçıvanda qəhrəman övladları üçün tədbir keçirdi
31.05.2023

Həyata keçirdikləri Korporativ Sosial Məsuliyyət layihələri ilə hər zaman cəmiyyətimiz üçün faydalı işlərə imza atan PAŞA Sığorta və PAŞA Həyat şirkətlərinin Naxçıvanda birgə sosial tədbiri baş tutub.

Heydər Əliyevin 100 illiyi, həmçinin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir ümummilli liderin anadan olduğu Naxçıvan şəhərində baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində həyatlarını fəda etmiş şəhid və qazilərin övladlarına bayram sevinci yaşatmaq olub. Naxçıvan şəhərində məskunlaşan şəhid və qazi övladlarının iştirakı ilə həyata keçirilən tədbirdə uşaqlar üçün əyləncəli proqram və konsert təşkil edilib. Tədbirdə istedadlı uşaqlar öz xüsusi məharətlərini nümayiş etdiriblər, həmçinin tədbirin sonunda uşaqlara xüsusi hədiyyələr təqdim edilib.

Tədbirdə çıxış edən PAŞA Sığorta şirkətinin nümayəndəsi Məruz Əzməmmədova: “Bu gün bizim üçün mənəvi dəyəri yüksək olan bir tədbiri həyata keçirmək üçün buradayıq. Vətən müharibəsindən sonrakı dövrlərdə hər zaman şəhid və qazi ailələrimizin yanında olmağa, onların çətinliklərinə dəstək olmağa çalışırıq. İnanırıq ki, bu övladlarımız ümummilli liderimizin bizə əmanət etdiyi dövlətin inkişafında mühüm rol oynayacaq, dövlətimizi öz adları ilə birgə daha da yüksəklərə ucaldacaqlar”, – deyə öz fikirlərini paylaşıb.

PAŞA Həyat şirkətinin nümayəndəsi Məryam Xanım Abasəliyeva isə öz çıxışında: “PAŞA Həyat Sığorta” ASC özünün çoxşaxəli korporativ sosial məsuliyyət strategiyası çərçivəsində mütəmadi olaraq müxtəlif tədbir və aksiyalar həyata keçirir. Uzun illərdir ki, şirkətimiz bu istiqamətdə maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif təhsil proqramlarının sponsoru qismində çıxış edir. Bu gün isə Naxçıvan şəhərində şəhid və qazi ailələri ilə görüşdən məmnunluq və fəxarət hissi duyuruq”, – deyə bildirib.

Qeyd edək ki, Naxçıvan şəhərində məskunlaşan əhaliyə peşəkar sığorta xidmətlərinin göstərilməsi məqsədilə növbəti aylar ərzində PAŞA Sığorta və PAŞA Həyat şirkətlərinin birgə ofisi fəaliyyətə başlayacaq.

Video - (23) PAŞA Sığorta və PAŞA Həyat sığorta şirkətləri Naxçıvan şəhərində KSM tədbiri keçirib! - YouTube

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment