1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


A-Qroup Sığorta Şirkətinin Direktorlar Şurası tərəfindən Təşkilati və Dayanıqlı İnkişaf üzrə Komitə yaradıldı
31.05.2023

A-Qroup Sığorta Şirkətinin Direktorlar Şurası beynəlxalq və Azərbaycanın qabaqcıl maliyyə təşkilatlarının təcrübəsinə əsaslanaraq, şirkətin gələcək inkişafının ümumi kursu və prioritetlərini müəyyən etmək məqsədilə Təşkilati və Dayanıqlı İnkişaf Komitəsini yaradıb.

Komitə, sığortanın bütün seqmentləri və növləri üzrə şirkətin dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və onların təcrübi baxımdan reallaşdırılmasına nəzarətin həyata keçirilməsi üzrə əsas koordinasiya orqanı hesab edilir. Bundan əlavə Komitənin əsas vəzifələrinə A-Qroup Sığorta Şirkətinin fəaliyyətinin maliyyə baxımdan təhlili, icra edilən biznes proseslərinin rəqəmsallaşdırılması, bazarın araşdırılması, sığorta bazarında şirkətin mövqeyinin dəstəklənməsi, möhkəmləndirilməsi və gələcək inkişafı, həmçinin biznesin maliyyə nəticələrinin yüksəldilməsi istiqamətində işlərin təşkili və genişləndirilməsi üçün zəruri olan digər tədbirlər daxildir. 

Komitədə görüləcək işlər şirkətin dayanıqlı inkişafı üçün risklərin və mövcud imkanların araşdırılması, təhlili və onların mərkəzləşdirilmiş şəkildə idarə edilməsi, şirkətin işgüzar nüfuzunun möhkəmləndirilməsi, investisiya cəlbediciliyi və maraqlı tərəflərlə əlaqələrin daha da gücləndirilməsinə imkan verəcəkdir.

28 ildir ki, A-Qroup Sığorta Şirkətinin fəaliyyətində əsas prioritet məsələ müştəriyə istiqamətlənmək olmuşdur. Komitə öz vəzifələrində həm də müştərilər üçün ən yaxşı şəraitin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsinə təsir edəcək uzunmüddətli dayanıqlı inkişafa yönəlmişdir.

A-Qroup Sığorta Şirkətinin Direktorlar Şurası bu təşəbbüslərin vacibliyini dəstəkləyərək, Məmməd Atakişiyevi Sığorta Şirkətinə Təşkilati və Dayanıqlı İnkişaf üzrə Direktor vəzifəsinə dəvət etmişdir ki, o, eyni zamanda Təşkilati və Dayanıqlı İnkişaf üzrə Komitəyə də rəhbərlik edəcəkdir.

Qeyd edək ki, Məmməd Atakişiyev maliyyə sektorunda böyük təcrübə sahibidir. Belə ki, o, müxtəlif illərdə aşağıdakı vəzifələrdə çalışmışdır: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədrinin müşaviri, “AzeriKard” bank prosessinq mərkəzinin Baş direktorunun müavini; eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Elektron Hökumət Dövlət İnformasiya Sistemi” (EHDİS) layihəsinin rəhbəri, B.EST Solutions MMC (“Asan İmza” mobil elektron imzanın operatoru) şirkətinin direktoru olmaqla, strateji əhəmiyyətli innovativ dövlət və PPP (Public Partner Partnership) layihələrinə rəhbərlik etmişdir. 

Bildirək ki, Məmməd Atakişiyevin tibb sahəsində təcrübəsi onun bu sahəyə cəlb olunmasında mühüm rol oynamışdır. Belə ki, o, MediClub klinikalar şəbəkəsində Baş direktorun müavini, Respublika Diaqnostika Mərkəzində (RDM) Baş direktorun müavini vəzifələrində də çalışmışdır. Maliyyə və tibb sahəsindəki əməliyyat bilikləri, A-Qroup Sığorta Şirkətinin Direktorlar Şurasının Məmməd Atakişiyevin xeyrinə səs verməyinə təsir etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment