1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ulu öndər Heydər Əliyevin 100 illliyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”
30.05.2023

Ulu öndər Heydər Əliyevin 100 illliyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda Mərkəzi Gömrük Hospitalında təntənəli yığıncaq keçirilib

26 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda təntənəli yığıncaq keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Yığıncağı giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn – 28 May Müstəqillik Günü münasibətilə  təbrik edib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında 1918-ci il mayın 28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu, XX əsrdə xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirib. 

C.Məmmədov 1991-ci ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdiyini qeyd edərək, bildirib ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan öz müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün doğma Azərbaycanımız müstəqil həyat yaşayır. 

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri  Rövşən Namazov çıxış edərək, müstəqil Azərbaycanın qurucusu Ulu öndərin həyat fəaliyyəti, o cümlədən gömrük sahəsindəki əvəzedilməz xidmətlərindən danışıb. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev Ulu öndərin Həmkarlar İttifaqına baxış və yanaşması, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Mircəlal Kazımi  müstəqil Azərbaycanın müstəqil səhiyyəsi haqqında danışıblar. Sonda yığıncaq iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən video materialı izləyiblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment