Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində balaca pasiyentlərə 24 saat ərzində tibbi xidmət göstərilir
26.05.2023

Mərkəzi Gömrük Hospitalında uşaqların sağlam və gümrah böyüməsi üçün hər bir şərait yaradılıb. Hospitalın Pediatriya və Neonatologiya şöbəsinin yüksəkixtisaslı  həkimlər tərəfindən balaca pasiyentlərə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilir. 

Ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzi Gömrük Hospitalında yeni doğulan körpələrə beynəlxalq standartlara və protokollara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, təcili yardım, ürək-damar əməliyyatları, travmatoloji əməliyyatlar,  böyrək və qaraciyər transplantasiyası, uşaq cərrahiyyəsi və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.

Balaca pasiyentlərə həkim-pediatr müayinəsi ilə bərabər, otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, uşaq cərrahı və digər  müayinələr də həyata keçirilir. Hospitalda ambulator və stasionar şəraitdə balaca pasiyentlərə göstərilən tibbi xidmətlərlə yanaşı, valideynlərə uşağın sağlamlığı və inkişafı barədə vacib məlumatlar verilir ki, bu da kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.

Hospitalın Pediatriya və Neonatologiya şöbəsində uşaqların fiziki inkişafının kontrol təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində aşağıda qeyd olunan xidmətlər təklif olunur:

İlkin reanimasion tədbirlər;

İntubasiya;

Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası;

Surfaktantın yeridilməsi;

Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası;

Mübadilə qan köçürülməsi;

Fototerapiya;

Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi;

Neonatal skrininq testləri (fenilketonuriya, Q6-FD və s.);

Endokrin pozğunluğun təyini;

Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanlarıvə s.) ;

Rentgenoqrafiya;

Qan qazları, qanın, sidiyin ümumi və bütün növ biokimyəvi analizləri;

Çox az çəkili yarımçıq doğulmuş uşaqlara intensiv terapiya və sonrakı qulluq;

Beynəlxalq standartlara uyğun təqvim üzrə bütün növ profilaktik peyvəndlərin aparılması;

Doğumdan sonra kontrol müayinələr və vaksinasiya.

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində aşağıdakı xəstəliklər müalicə edilir:

Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, Herpes, Toksoplazmoz, Xlamidioz, Vərəm, Hepatit və s.) ;

Sepsis;

Yenidoğulmuşun hemorragik pozğunluqları;

Yenidoğulmuşun hemolitik xəstəliyi;

Yenidoğulmuşun anemiyası;

Endokrin pozğunluğu olan anadan doğulan uşaqlar;

Ağ ciyər xəstəlikləri;

Ürək – damar sisteminin xəstəlikləri;

Mədə-bağırsaq sisteminin xəstəlikləri;

Böyrək və sidik çıxarıcı sistemin xəstəlikləri;

Mərkəzi sinir sistemi xəstəlikləri;

Ekstremal az çəkili doğulan uşaqlara intensiv terapiya və qulluq. 

Pediatriya və Neonatologiya şöbəsinin fəaliyyəti barədə tanıtım çarxını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik.

Ətraflı məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.  https://www.youtube.com/watch?v=e_ZUaUGKBxI&list=PL9ra4wRK_rJ7cBt_XAraztmOSmbErpddV


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment