Digər xəbərlər


Dr.Şəbnəm Əlirzayeva
25.05.2023

Dr.Şəbnəm Əlirzayeva: “Qalxanabənzər vəzi xəstəlikləri vaxtında açkarlandıqda müalicə olunandır”.

Hər il mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. Bu gün Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Ölkəmizdə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilməyə başlanılıb və onun qeyd olunmasında məqsəd tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzin problemlərinə cəlb etməkdir.

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva bu mövzuda suallarımızı cavablandırıb. 

-Şəbnəm həkim, qalxanabənzər vəzi nədir və orqanizmdə hansı funksiyaları yerinə yetirir?

- Qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşən, hormon sintez edən orqandır. Həmin hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir. Belə ki, onlar orqanizmin metabolik, hormonal, qan dövranı, boy artımını və digər sistemlərin fəaliyyətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. 

- Bu vəzin xəstəlikləri orqanizmdə hansı fəsadları yaradır?

- Qalxanabənzər vəzi bədənin idarəetmə - endokrin sisteminə aiddir. Bu sistemə hipotalamus, hipofiz, mədəaltı, böyrəküstü və digərləri aiddir. Həmin vəzilərdən birinin funksiyasının azalıb pozulması digərlərinin maddələr mübadiləsi prosesinə təsir göstərir, xəstəlik əlamətləri ilə özünü büruzə verir. Belə ki, bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına aparıb çıxarır. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət daşıyır. Qalxanabənzər vəzi xəstəliklərinin xoşxassəli və bədxassəli növləri var. Xoşxassəli növlər dedikdə, qraves xəstəliyi, zəhərli ur və ya zəhərli zob, düyünlü ur və ya düyünlü zob, Haşimoto tireoiditi, autoimmun tireoiditlər, yarımkəskin tireoiditlər nəzərdə tutulur. Bədxassəli formaya isə qalxanabənzər vəzinin xərçəngi aiddir.

- Qalxanabənzər vəzinin fəaliyyətinin pozulma səbəbləri nədir?

- Uzunmüddətli, xroniki stresslər, düzgün qidalanmamaq, müxtəlif növ sintetik enerji içkiləri, virus və bakteriyaya yoluxma, qanda laxtalanma, alkoqol, aktiv, passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq kimi amillər də qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasına səbəb olur.

-Şəbnəm həkim, qalxanabənzər vəzi xəstəlikləri arasında daha çox hansına rast gəlinir?

Qalxanabənzər vəzi xəstəlikləri arasında zob xəstəliyinə daha çox rast gəlinir. Təxminən hər üç nəfərdən birində bu xəstəlik müşahidə olunur. Bəzən düyünlər boğaza toxunanda hiss olunur, bəzən də USM zamanı üzə çıxır. Belə düyünlərin yalnız 10 faizi bədxassəli olur. Amma hər bir halda qalxanabənzər vəzidə düyün müəyyən olunarsa, TSH hormonu üzrə qan analizi vermək vacibdir. Biopsiyaya yalnız o halda ehtiyac yaranır ki, zobun ölçüsü 1 santimetrdən böyük olsun, düyündə mikrokalsenat aşkarlanıb və düyünün mərkəzi və periferik qanlanması müşahidə olunur. 

- Şəbnəm həkim, qalxanabənzər vəzi xəstəliklərinin qarşısının alınması üçün nə tövsiyə edərdiniz?

Bədəndəki yod miqdarı qalxanabənzər vəzinin işinə çox təsir göstərir. Orqan özü yod ehtiyatı toplaya bilmir, odur ki, həmin maddənin qida ilə qəbulundan tamamilə asılı vəziyyətdəyik. Qalxanabənzər vəzinin yaxşı işləməsi üçün insan bir gündə 150-220 mikroqram yod qəbul etməlidir. Biz yodu yalnız qida vasitəsilə əldə edirik. Qəbul etdiyimiz yodun təbii olması çox vacibdir, çünki başqa formada olanda maddə orqanizm tərəfindən mənimsənilmir. Qida məhsullarından dəniz kələmi və digər bütün yosun növləri, şor su balığı, dəniz məhsulları, xurma, feyxoa, qoz yodla zəngindir. Duzdakı yod orqanizm tərəfindən mənimsənilmir, qızdıranda isə buxarlanır. Yaddan çıxartmayaq ki, selen, sink maddələri olmadan da yodun mənimsənilməsi çətinləşir. Buna görə də ən yaxşısı, dəniz məhsullarına, kələmin müxtəlif növlərinə üstünlük verməkdir. Onların tərkibində Mendeleyevin dövri cədvəlindəki faydalı elementlərin çoxu var. Həmçinin, zərərli vərdişlərdən uzaqlaşaraq, sağlam həyat tərzinə keçmək lazımdır. Özünüzdə hər hansı narahatlıqlar hiss etdikdə dərhal həkimə müraciət edin. Unutmayın ki, qalxanabənzər vəzi xəstəlikləri də, bir çox xəstəliklər kimi vaxtında açkarlandıqda müalicə olunandır.

Müsahibəni apardı: Dilarə Zamanova,

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment