Dünya xəbərləri


Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransı keçirilir
05.05.2023

Mayın 5-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb. 

“Turizm və rekreasiya XXI əsrdə: Problemlər və perspektivlər” adlı VI beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın turizm ehtiyatlarının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini, dünya turizm bazarında ölkəmizin yerini, turizm təhsili sahəsində mövcud problemləri araşdırmaqdan, bu sahədə tədqiqat aparan elm adamları ilə mövcud əməkdaşlığı genişləndirmək ibarətdir.

Konfrans çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub.

Fuad Nağıyev videomüraciətində bu il müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən silsilə tədbirlərin icra olunduğunu qeyd edib.

Agentlik sədri bildirib ki, ilin əvvəlindən başlayaraq “Şahdağ” Turizm Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışları, Ağdam rayonunda ağacəkmə aksiyası, o cümlədən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin və gənclərin iştirakı ilə fleşmob keçirilib. 

“Heydər Əliyev və turizm” sənədli filminin, eləcə də kitabının üzərində işlərə başlanıldığını qeyd edən Fuad Nağıyev payız aylarında Ümummilli liderin 100 illiyinə həsr olunmuş turizm sammitinin keçiriləcəyini, həmçinin il ərzində bu kimi silsilə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov  çıxışı zamanı ölkə turizminin inkişafı ilə paralel olaraq turizm təhsilli kadrların yetişdirilməsinin vacibliyinə toxunub, dövlətin dəstəyi və qayğısı ilə turizm təhsilinin artıq yalnız peşə təhsili  deyil, ali təhsildə də müstəqil bir sahə olaraq inkişaf etdiyini qeyd edib.

Hazırda təhsil ocağında 3 fakültə və 8 kafedra üzrə ümumilikdə 2083 tələbənin təhsil aldığını vurğulayan İlham Mədətov turizm sənaysi üçün keyfiyyətli kadrların hazırlanması istiqamətində universitetin aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 

Mayın 6-da işini yekunlaşdıracaq konfransda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən ümumilikdə 105 tədqiqatçı məruzəçi qismində iştirak edir.

Konfransda Ulu öndərin Azərbaycan iqtisadiyyatının formalaşmasında rolu, Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və Azərbaycan regionlarında, xüsusilə işğaldan azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsi və turizmlə əlaqədar müxtəlif mövzuları ehtiva edən məruzələrin dinlənilməsi nəzərdə tutulur.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment