Digər xəbərlər


BMqT-nin Azərbaycandakı Nümayəndəliyi avqust 2022 - yanvar 2023-cü il tarixləri arasında münaqişədən zərər çəkmiş 232 Ukrayna vətəndaşına
10.02.2023

BMqT-nin Azərbaycandakı Nümayəndəliyi avqust 2022 - yanvar 2023-cü il tarixləri arasında münaqişədən zərər çəkmiş 232 Ukrayna vətəndaşına zəruri yardım və dəstək göstərmişdir

BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi “Azərbaycanda həssas vəziyyətdə olan Ukrayna vətəndaşlarına yardım layihəsi” çərçivəsində hazırda davam edən münaqişədən zərər çəkmiş və Azərbaycanda həssas vəziyyətdə olan Ukrayna vətəndaşlarına dəstək göstərmiş və birdəfəlik nağd yardım vəsaitlərini çatdırmışdır. 6 aylıq layihə müddətində BMqT-nin Azərbaycandakı nümayəndəliyi münaqişədən zərər çəkmiş 201 qadın və 31 kişi olmaqla ümumilikdə 232 Ukrayna vətəndaşına mənzil təminatı, ərzaq və qeyri-ərzaq məhsullarının təmin olunması, həmçinin tibbi yardım və sənədləşmə xərclərinin qarşılanması üçün birdəfəlik çoxməqsədli nağd pul yardımının çatdırılmasını təmin etmişdir.

Bundan əlavə, məlumatlılığın artırılması kampaniyası çərçivəsində BMqT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan və Ukrayn dillərində fərdi müdafiə, gender əsaslı zorakılıq və insan alveri ilə bağlı risklərin qarşısının alınması, fövqəladə hallar üçün nəzərdə tutulmuş qaynar xətt və əlaqə nömrələrinin əks olunduğu iki növ buklet hazırlamışdır. Miqrasiya Bələdçisi broşürlərində miqrasiya məlumatları, müvəqqəti olma və yaşayış icazəsinin alınması ilə bağlı təlimat və həmçinin, müvafiq elektron dövlət xidmətlərinə çıxış üçün QR kodlar əks olunmuşdur. Maarifləndirici materiallar Bakı və Sumqayıtda yerləşən Ukrayna icması və Ukrayna Mərkəzi ilə keçirilən məlumat sessiyaları zamanı iştirakçılara paylanılmış və digər mümkün vasitələrlə ukraynalı miqrantlara çatdırılmışdır. 

Yardım ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu (PRM) tərəfindən maliyyələşdirilən BMqT-nin “Ukrayna və qonşu ölkələr üçün təcili çağırış” regional layihəsi çərçivəsində münaqişədən zərər çəkmiş Ukrayna vətəndaşlarına çatdırılmışdır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment