Müsahibə - Emin Hacıbalayev - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Emin Hacıbalayev


Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
Ürək-damar sistemi xəstəlikləri  riskinin ən mühüm faktorlarından biri hipertoniya – yüksək qan təzyiqidir. Dünyada 1 milyarddan artıq insan hazırda  hipertoniyadan əziyyət çəkir. Yüksək qan təzyiqi ürək tutmalarının və insultların əsas səbəbidir. Bəs bu xəstəlikdən necə qorunmalı? Nə etməliyik ki,  qan təzyiqimiz qalxmasın, normada olsun? Onu necə tənzimləyə bilərik?

Arterial hipertenziya nədir ?

Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-nin qalxmasıdır.

Hipertoniya xəstəliyinin yaranma səbəbi nədir?

Hipertoniya xəstəliyi birincili və ikincili ola bilər. Xəstəliyin yaranma səbəbi 85 faiz hallarda ideopatikdir, yəni səbəbi məlum deyil. Buna baxmayaraq irsi-genetik amillərin və sağlam həyat tərzinin olmaması xəstəliyə gətirib çıxaran risk faktorlarındandır.

Hipertoniya zamanı hansı əlamətlər müşahidə olunur?

Arterial təzyiqin qalxması çox zaman əlamətsiz olur və yalnız təsadüfən ölçmə zamanı aşkarlanır. Əlamətlər olduqda isə bu adətən özünü baş ağrıları, başgicəllənmə, ürəkdöyünmə, ümumi halsızlıq şəklində göstərir.

Bundan başqa, arterial təzyiqin qalxması göz, böyrəklər, beyin, ürək və s. orqanların fəaliyyətinə mənfi təsir göstərir və onları zədələyir. Simptomatik hipertoniyanın digər əlamətləri əsas xəstəlikdən asılıdır. Belə ki, böyrək mənşəli hipertenziyada beldə ağrılar, nikturiya (gecələr sidiyə getmə), İtsenko-Kuşinq sindromunda piylənmə, feoxromositomada arıqlama və s. müşahidə olunur.

Normal təzyiq nə qədər olmalıdır?

Arterial Təzyiq - sistolik və diastolik olmaqla iki qrupa bölünür. Normal arterial təzyiq 120/70 mm.civə sütunu olmalıdır.

Hipertoniyanın fəsadları nədir ?

Uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər.

Bu baxımdan il ərzində 2 dəfə check-up müayinəsindən keçmək tövsiyə olunur.

Hipertoniya necə müalicə olunur?

Hipertoniya əsasən xroniki xəstəlik sayıldığına görə daimi gündəlik dərmanların qəbuluna ehtiyac duyulur. Müalicədə istifadə olunan dərmanların böyük hissəsi həblər formasında olur.

Hipertoniyanın müalicəsində həmçinin, zərərli vərdişlərdən uzaq durmaq, nikotin, alkoqollu və energetik içkilər və hər hansı kimyəvi toksik maddələr qəbulundan imtina etmək lazımdır.

Eyni zamanda  fiziki aktiv həyat sürmək, artıq çəkidən azad olmaq, açıq havada çox vaxt keçirmək, bədəndə günəş şüalarının normal dərəcədə təsirindən yaranan D vitamininin səviyyəsini artırmaq, duzun qəbulunu azaltmaq, stresdən uzaq durmaq, yuxu rejimini normaya salmaq müsbət nəticəyə nail olunmasında mühüm əhəmiyyət kəsb edir.


23/10/2019


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment