Dövlət Gömrük Komitəsi və Özbəkistan Gömrük Xidmətinin əməkdaşları arasında “Saxta və kontrafakt malların aşkarlanması metodlarının öyrənilməsi, eləcə də bu sahədə tətbiq olunan inzibati tədbirlər” mövzusunda onlayn formatda görüş keçirilib.
Görüşdə hər iki ölkənin gömrük xidmətinin əməkdaşları tərəfindən kontrafakt malların aşkarlanması sahəsində tətbiq edilən üsullar, əldə edilən qabaqcıl təcrübələr, milli qanunvericiliyin tələbləri və digər məsələlərə dair təqdimatlar nümayiş etdirilib, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.