Digər xəbərlər


XI Milli Marketinq Forumu uğurla tamamlanıb!
08.06.2026

“Facemark” şirkətinin təşkilatçılığı ilə keçirilən Milli Marketinq Forumu uğurla tamamlanıb. Forum çərçivəsində marketinq, rəqəmsal kommunikasiya, biznes və kontent sahələrini təmsil edən 500-dən çox iştirakçı bir araya gələrək fikir mübadiləsi aparıb, yeni əməkdaşlıq imkanlarını müzakirə edib və sahənin aktual mövzularına toxunub.

Tədbirin açılış nitqini  çıxış edən “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay forumun məqsədi, kontent ekosistemində baş verən dəyişikliklər və gələcəyin imkanları haqqında fikirlərini bölüşüb. Daha sonra çıxış edən ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova innovasiya və süni intellektin yaratdığı yeni imkanlardan bəhs edib.

Forum gün ərzində müxtəlif panel müzakirələri, çıxışlar və interaktiv sessiyalarla davam edərək iştirakçılar üçün həm öyrədici, həm də faydalı platformaya çevrilib. “AI işığında” konsept mesajı ilə keçirilən forum marketinq, kommunikasiya və kreativ sənayenin aparıcı simalarını bir araya gətirib.

Forumun baş sponsoru ABB olub. Tədbirin Gold sponsoru “Times Consulting”, sponsoru isə “İnsure.az” platforması olub. Tədbir “Markup Agency”nin dəstəyi ilə həyata keçirilib.

Forum çərçivəsində keçirilən panel müzakirələri iştirakçılara süni intellektin biznesə təsiri, marketinq kommunikasiyalarında yeni yanaşmalar və kreativ sənayenin gələcəyi ilə bağlı müxtəlif baxış bucaqları təqdim edib.

I Panel “AI işığında brendlər”

Forumun ilk paneli “AI işığında brendlər” mövzusuna həsr olunub. Panel çərçivəsində süni intellektin brendlərin inkişaf strategiyalarına, marketinq yanaşmalarına və istehlakçı davranışlarına təsiri müzakirə edilib.

Moderator:

Aysel Süleymanova — Bakcell Kommunikasiya direktoru

Spikerlər:

Əliyar Hüseynov — P&G Marketinq və Kommersiya Direktoru

Orxan Məmmədov — CFI Financial Group Azərbaycan üzrə Marketinq Direktoru

Əli Daşdəmirov — Profex Group Marketinq direktoru

Vəfa Səfərli — ABB Marketinq direktoru

Panel iştirakçıları tədbir boyunca QR kod vasitəsilə spikerlərə suallar ünvanlayaraq müzakirələrdə interaktiv iştirak imkanı əldə ediblər.

II Panel “Marketinq kommunikasiyaları”

Forumun ikinci paneli marketinq kommunikasiyalarında dəyişən tendensiyalar, brendlərin kommunikasiya strategiyaları və istehlakçı ilə effektiv əlaqə modellərinə həsr olunub.

Moderator:

Şaban İmkani — Bakı Metropoliteni QSC Kommunikasiya departamentinin rəisi

Spikerlər:

Aslan Həsənli — Baku Electronics Marketinq departamentinin direktoru

Sənubər Nəzərova — Veysəloğlu Şirkətlər Qrupu Korporativ Kommunikasiyalar üzrə Qrup direktoru

Natəvan Bayramova — Referans Medical Group Marketinq və Kommunikasiya departamentinin rəhbəri

Nigar Məmmədova — Birbank, eksper funksional lider

Arzu Salman — Gardashlar Mebel Marketinq və Kommunikasiya departamenti direktoru

Ramin Fərəcullayev — Başkent Restoranlar Şəbəkəsinin Marketinq rəhbəri

Panel çərçivəsində iştirakçılar müasir kommunikasiya strategiyalarının biznes nəticələrinə təsiri və dəyişən istehlakçı gözləntiləri barədə fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində xüsusi məruzəçi qismində Bolt-un Biznes Vertikalı üzrə rəhbəri Salman Babazadə çıxış edib. O, biznes ekosistemlərində innovativ yanaşmalar, texnologiyanın inkişafı və yeni istehlakçı davranışları barədə fikirlərini iştirakçılarla bölüşüb.

III Panel “Kreativ sənayenin təkamülü”

Forumun yekun paneli kreativ sənayenin transformasiyası, süni intellektin yaradıcılıq proseslərinə təsiri və gələcəyin kreativ ekosistemi mövzusuna həsr olunub.

Moderator:

Fərhad Şabanov — Endorphin Partnyor / İcraçı direktor, Cannes Lions Festivalının Azərbaycan üzrə rəsmi nümayəndəsi

Spikerlər:

Zaur Məmmədvəliyev — Rejissor, kreativ prodüser

Sarvan Hüseyn — Kinorejissor, fotoqraf, retuşçu və süni intellekt üzrə mütəxəssis

Fariz Əliyev — Prodüser / Ssenarist

Pərviz İsaqov (Promete) — mikpro Musiqi Yayım Şirkətinin həmtəsisçisi, reper və musiqi prodüseri

Panel ərzində iştirakçılar kreativ sənayenin transformasiya prosesi, texnologiyanın yaradıcılığa təsiri və gələcəyin yaradıcı iqtisadiyyatına dair baxışlarını bölüşüblər.

Forum müxtəlif sahələrdən peşəkarları bir araya gətirərək bilik mübadiləsi, yeni əməkdaşlıqlar və gələcək perspektivlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Gün ərzində baş tutan çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar iştirakçılara yeni baxış bucaqları qazandıraraq, sahənin gələcəyinə dair dəyərli fikir mübadiləsinə şərait yaradıb.









     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment