Digər xəbərlər


Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşlər keçirilib
08.06.2026

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu - 2026 çərçivəsində keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu - 2026 çərçivəsində bir sıra görüşlər keçirib. Görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye kooperasiyası, regionlararası tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində həmçinin, Dağıstan Respublikası Hökumətinin sədri Maqomed  Ramazanovla görüş keçirilib. Görüşdə Azərbaycan ilə Dağıstan arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi, logistika imkanlarından daha səmərəli istifadə, regionlararası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Qeyd olunub ki, 2007-ci ildə təsis edilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın faəliyyətinin genişləndirilməsi əməkdaşlığın inkişafına töhfə verə bilər.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev ilə keçirilən görüşdə Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər və regionlararası əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bununla yanaşı, ixrac əməkdaşlığının genişləndirilməsi və ixrac həcminin artırılması məqsədilə qarşı tərəfə potensial məhsulların siyahısı təqdim olunub.

Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak ilə görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Görüşdə ticarət dövriyyəsinin artırılması, o cümlədən elektron ticarət, investisiya və logistika sahəsində əməkdaşlığının genişləndirilməsi, biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi, nəqliyyat sahəsində icra olunan layihələr, qarşılıqlı maraq doğuran yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Kareliya Respublikasının rəhbəri Artur Parfençikov ilə keçirilən görüşdə iqtisadi-ticarət əlaqələrin inkişafı, sənaye sahəsində əməkdaşlıq imkanları və milli-mədəni birliklər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, humanitar və mədəni əməkdaşlığın da regionlararası tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Görüşdə nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, Xəzər regionunda iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında əlaqələrin təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.

Elnur Əliyev, həmçinin Krasnoyarsk diyarı qubernatorunun birinci müavini və Qubernator Administrasiyasının rəhbəri Sergey Ponomarenko ilə görüşüb. Görüşdə iqtisadi-ticarət, sənaye, investisiyaların təşviqi və regionlararası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün mövcud imkanları nəzərdən keçirərək, daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə müxtəlif mexanizmlər və alətlər barədə fikir mübadiləsi apariblar.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment