Digər xəbərlər


Dövlət qurumlarının nümayəndələri Bakı Limanında görülmüş işlərlə tanış olublar
05.06.2026

Bakı Dəniz Limanında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı limanda gömrük orqanları və sərhəd xidməti ilə birgə fəaliyyət barədə ətraflı məlumat verilib. Əməliyyatların optimallaşdırılması istiqamətində görülmüş işlər, əldə olunmuş nəticələr və gələcək dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Dövlət Gömrük Komitəsi və ADY tərəfindən təqdimatlar edilib, mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Bakı Limanının fəaliyyət göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında liman vasitəsilə 3 milyon 237 min ton yük aşırılıb. May ayında isə yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz artaraq 812 min ton təşkil edib. Bu ilin ilk beş ayında liman vasitəsilə 50 050 TEU konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8,4 faiz üstələyir.

Həmçinin məlumat verilib ki, Bakı Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində ötən ay 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran istifadəyə verilib.

Tərəflər logistika və nəqliyyat proseslərinin daha da təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və qurumlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, əməliyyatların daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət davam etdirilir. Birgə görülən tədbirlər nəticəsində yük və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi və yoxlanılması proseslərinin optimallaşdırılması, xidmət müddətlərinin azaldılması istiqamətində mühüm nəticələr əldə olunub. Həmçinin rəqəmsal həllərin və süni intellekt əsaslı alətlərin tətbiqi ilə yükaşırma əməliyyatlarının avtomatlaşdırılması və idarəetmə proseslərinin daha da səmərələşdirilməsi istiqamətində işlər davam etdirilir.

Görüş iştirakçıları liman ərazisinə baxış keçirib, infrastrukturla tanış olublar. Həmçinin Bakı Limanında Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidməti ilə tərəfdaşlıq çərçivəsində ötən il istifadəyə verilmiş Vahid Keçid Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub, mərkəz əməkdaşları ilə söhbət aparılıb, sənədləşmə prosesinin daha rahat və maneəsiz təşkili üçün əlavə tapşırıqlar verilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment