"AZƏRMAŞ GROUP" MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
02.06.2026
2 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 08.06.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"AZƏRMAŞ GROUP" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2002027301
İstiqrazların növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı
50,000 ədəd
İlkin ticarət qiyməti
100 ABŞ Dolları
İstiqrazların buraxılış həcmi
5,000,000 ABŞ Dolları
İllik gəlirlilik faizi
9%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir