Fevralın 19-da “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Görüşdə müsabiqənin gömrük əməkdaşlarının intellektual səviyyəsinin, biliklərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, müsabiqənin əhəmiyyətindən və gömrükçülərin karyera yüksəlişindəki rolundan bəhs edilib. Həmçinin qaliblərin fəaliyyət sahələri, potensiallarının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, tövsiyələr verilib.