Digər xəbərlər


“Zirvədə əsas məqsədimiz qadınların bu platformaya bağlanması, eyni enerjini, eyni ilhamı hiss etməsidir.”
09.01.2026

“Facemark” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə II Qadın Liderləri Zirvəsi keçiriləcək. Zirvə 7 mart tarixində Gülüstan Sarayında baş tutacaq və “Cəhalətdən cəmiyyətə” konsept mesajı ilə bilikdən dəyərə, fərdi inkişafdan ictimai təsirə gedən yolu ön plana çıxaracaq.

Tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edirik.

“Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay

    • Qadın Liderləri Zirvəsi ölkəmizdə artıq ikinci dəfədir keçirilir. Sizcə, bu tədbirin davamlı şəkildə təşkil olunması qadın liderliyinin inkişafı baxımından nə kimi əhəmiyyət daşıyır və ilk zirvə ilə müqayisədə bu dəfə hansı fərqli hədəflər ön plandadır?

    • Qadın Liderləri Zirvəsinin artıq ikinci dəfə keçirilməsi ölkəmizdə qadın liderliyinin inkişafının təsadüfi yox, davamlı və strateji yanaşma ilə dəstəkləndiyini göstərir. Bu cür tədbirlərin mütəmadi təşkili qadınların liderlik potensialının üzə çıxarılması və müxtəlif sahələrdə qərarverici mövqelərdə təmsil olunmasının təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Bu dəfə fokus daha praktik və dərin hədəflərə yönəlib. Xüsusilə real təcrübələrin paylaşılması, konkret problemlərin müzakirəsi, davamlı əməkdaşlıqların qurulması və qadın liderlərin institusional səviyyədə güclənməsinə xidmət edən addımlar ön plandadır. 

    • Spikerlərin seçimi zamanı hansı əsas meyarlar nəzərə alınıb və onların peşəkar təcrübəsi, liderlik yolu və şəxsi hekayələri zirvənin məzmununa necə dəyər qatacaq? İştirakçılar bu çıxışlardan hansı konkret bilik, bacarıq və praktiki yanaşmaları əldə edə biləcəklər?

    • Spikerlərin seçimi zamanı real nəticələrə imza atmış peşəkar yol, sübut olunmuş liderlik təcrübəsi və səmimi şəxsi hekayələr əsas meyar kimi götürmüşük. Zirvədə Azərbaycandan və Türkiyədən dəvət olunmuş spikerlərin çıxışları iştirakçılara liderlik qərarverməsi, çətin situasiyaların idarə olunması, şəxsi brendin qurulması və real təcrübəyə əsaslanan praktik yanaşmalarla bağlı konkret bilik və bacarıqlar qazandıracaq.

    • Məlumdur ki, beynəlxalq miqyasda qadın liderliyinə həsr olunmuş çoxsaylı tədbir və platformalar mövcuddur. Bu qlobal təcrübə və beynəlxalq trendlər Qadın Liderləri Zirvəsinin məzmununa necə inteqrasiya olunur və bu yanaşma yerli qadın liderlər üçün hansı real üstünlüklər və yeni baxışlar yaradır? 

    • Beynəlxalq təcrübələr və qlobal trendlər zirvəyə gətirilərək bizim üçün həm praktik nümunələr təqdim edir. Bu, qadın liderlərə yeni yanaşmalar öyrənmək və real problemlərə konkret həllər tapmaq imkanı yaradır. Eyni zamanda, beynəlxalq şəbəkələrlə tanış olmaq yeni əməkdaşlıqlar və mentorluq fürsətləri açır. Nəticədə, iştirakçılar yalnız ilham almır, həm də institusional və strateji səviyyədə təsir göstərmək üçün bilik və perspektiv qazanırlar.

    • Facemark təşkilatçı kimi bu günə qədər müxtəlif layihələrə imza atıb. Qadın Liderləri Zirvəsindən sonra Facemark-in planlarında hansı yeni tədbirlər və platformalar var və yaxın gələcəkdə iştirakçıları hansı yeniliklər gözləyir?

    • Yeni sezona və yeni ilə Qadın Liderləri Zirvəsi ilə başlayırıq. Bu il bizi uğurlu layihələr və zəngin təcrübələr gözləyir. Zirvədən sonra komanda olaraq Vergi və Mühasibatlıq Zirvəmizə hazırlaşırıq; hər iki zirvənin hazırlıqları paralel şəkildə davam edir. İl ərzində isə Milli İnsan Resursları Forumu, Milli Marketinq Forumu və digər tədbirlər planlaşdırılır.

“Facemark” şirkətinin layihə rəhbəti Xədicə Cəbrayılova

    • Keçən il olduğu kimi bu il də zirvənin proqramı dolu görünür. Maraqlıdır ki, hansı mövzulara xüsusi önəm verilib və bu mövzular bu günün liderlik çağırışları ilə necə uzlaşır?

    • Düzü, proqramı hazırlayanda bir sual özümüzə çox verdik: “Bu mövzular real həyatda qadınlara doğrudan da kömək edəcəkmi?”

Bu il liderliyi təkcə titul və vəzifə kimi yox, daxili güc, qərarsızlıqla mübarizə, qorxulara baxmayaraq irəli getmək kimi yanaşdıq. Emosional zəka, çətin qərarlar, balans, özünü sübut etmə məcburiyyəti, səhvlərlə barışmaq — bunlar bu gün hər bir qadın liderin gündəlik yaşadığı mövzulardır. Ona görə də proqram süni şəkildə “trendlərə uyğun” yox, həyatın içindən seçildi. Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var.

    • Zirvə gənc qadınların və karyerasının əvvəlində olan lider namizədlərinin yoluna necə işıq tutur? Onlar bu platformadan maksimum necə faydalana bilərlər?

    • Mənim üçün Qadın Liderləri Zirvəsi gənc qadınlara: “Tək deyilsən.” deməyin bir yoludur. Bu zirvədə ideal, qüsursuz obrazlar yoxdur. Burada tərəddüd etmiş, qorxmuş, səhv etmiş, amma yenə də yoluna davam etmiş qadınlar var. Gənc iştirakçılar buradan təkcə motivasiya yox, reallıq aparırlar. Maksimum fayda isə bir şeydən keçir: özlərini kənarda müşahidəçi kimi yox, bu hekayələrin bir parçası kimi hiss etmələrindən. Bir cümlə, bir fikir, bir tanışlıq bəzən insanın bütün istiqamətini dəyişə bilir.

    • Qadın Liderləri Zirvəsinin formatı necə qurulub və panel müzakirələri bu formatda hansı rolu oynayır? Bu panellər iştirakçılar üçün daha çox interaktivlik və real təcrübə paylaşımı baxımından nələr vəd edir?

    • Panellər bizim üçün sadəcə proqram elementi deyil, bir Liderin yolunu ifadə edən ardıcıllıqdır. Spikerlər orada hazır şablon çıxış etmirlər, öz təcrübələrini bölüşürlər — uğurları da, çətinlikləri də. İştirakçılar isə sadəcə qulaq asmır, sual verir, düşünür, bəzən özlərini tapırlar. Bu interaktivlik tədbiri rəsmi konfransdan çox, fikir paylaşım məkanına çevirir.

    • Tədbirdə iştirak etmək istəyən şəxslər biletləri haradan və hansı formatda əldə edə bilərlər? Həmçinin, tədbiri onlayn izləmək imkanı olacaqmı?

    • Qadın Liderləri Zirvəsində iştirak etmək istəyən hər kəs biletləri qlz.az rəsmi saytı üzərindən çox rahat şəkildə əldə edə bilər. Qeydiyyat tamamilə elektron formatdadır və bu prosesi xüsusilə sadə və əlçatan etməyə çalışmışıq. Bizim üçün vacib idi ki, kim bu zirvədə olmaq istəyirsə, texniki maneələrlə üzləşməsin. 

Eyni zamanda, fiziki olaraq tədbirə qatıla bilməyənlər üçün onlayn qoşulma imkanı da mövcuddur. İstər zalda, istər ekran arxasında olsun — əsas məqsədimiz qadınların bu platformaya bağlanması, eyni enerjini, eyni ilhamı hiss etməsidir.

Qeyd edək ki, ötən il keçirilən zirvə qadın liderliyi mövzusunu cəmiyyətin gündəminə daşıyaraq geniş müzakirələrə səbəb olmuş, tədbirdən sonra da davam edən geniş maraq doğurmuşdu yaratmışdı. Bu il isə zirvə daha geniş format, daha dərin məzmun və konkret nəticələrə yönəlmiş yanaşma ilə yenidən təşkil olunur.

Tədbirdə iştirak və ətraflı məlumat üçün qlz.az saytına daxil ola bilərsiniz.

Sayt: https://qlz.az/

Instagram: https://www.instagram.com/qadinliderlerizirvesi/

Facebook: https://www.facebook.com/profile.php?id=61565512810752

LinkedIn: https://www.linkedin.com/company/104967321/

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment