Digər xəbərlər


Rəqəmsal Maliyyə Mərkəzi MMC-nin yaradılmasına dair struktur dəyişiklikləri təsdiqlənib
01.12.2025

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklikləri təsdiqləyib. Dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərar dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın sürətləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi və yeni funksional tələblərə uyğun institusional strukturun formalaşdırılması məqsədi daşıyır. 

Qeyd olunan dəyişikliklər Azərbaycan Respublikasının Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 25 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrası çərçivəsində həyata keçirilir. Həmin Fərmanla büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlər və digər daxilolmalar da nəzərə alınmaqla dövlət maliyyəsi sahələrinin vahid platformada daha səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması tapşırılmışdır. Bu istiqamətdə dövlət orqanları və təşkilatları arasında maliyyə sənədlərinin elektron mübadiləsinin təmin edilməsi, dövlət satınalmalarının elektron müqavilələr əsasında aparılması və yeni rəqəmsal həllərin tətbiqi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Qərar ilə Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məlumat-Hesablama Mərkəzinin institusional statusunda aparılmış dəyişikliklər hüquqi müstəvidə də rəsmiləşdirilir və Mərkəz bundan sonra Rəqəmsal Maliyyə Mərkəzi MMC adı altında fəaliyyət göstərəcəkdir.

Yeni struktur maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkili, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə olunmasına şərait yaradacaq.

Qəbul edilmiş dəyişikliklər dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, səmərəliliyin və rəqəmsallaşmanın artırılmasına mühüm töhfə verəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 aprel tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərarı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment