Digər xəbərlər


Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilib
28.11.2025

Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilib

Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib.

Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah arasında iclasdan əvvəl keçirilən görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, Hökumətlərarası Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S. Babayev Azərbaycan ilə İordaniya arasında 30 ildən artıq dövr ərzində formalaşmış münasibətlərin və Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında yüksək səviyyəli siyasi dialoqun iki ölkə arasındakı əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Nazir ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib və qeyd edib ki, Komissiyanın bu gün keçirilən IV iclası əvvəlki təşəbbüsləri irəli aparmaq, eyni zamanda, yeni əməkdaşlıq sahələrini genişləndirmək üçün mühüm mərhələ olacaq. 

Bildirilib ki, iki ölkə arasında indiyədək imzalanmış 40-dan çox sənəd əməkdaşlığın inkişafı üçün güclü hüquqi baza formalaşdırır və yeni təşəbbüslərin reallaşdırılması üçün əlverişli imkanlar yaradır.

Nazir çıxışında regional transformasiyadan bəhs edib və bildirib ki, hazırda dünyada müşahidə olunan geosiyasi dəyişikliklər Cənubi Qafqaz regionunu yeni inkişaf mərhələsinə çıxarır və Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində Vaşinqtonda imzalanmış Bəyannamə bölgə üçün tarixi dönüş nöqtəsidir. O qeyd edib ki, sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edir və Zəngəzur Dəhlizinin açılmasına şərait yaradır. Bu yeni nəqliyyat arteriyası təkcə Cənubi Qafqaz deyil, eyni zamanda, Mərkəzi Asiya və Yaxın Şərq üçün də ticarət, logistika, enerji tranziti və regional inteqrasiya sahələrində geniş imkanlar açır və regionda investisiya, turizm, tranzit, logistika üçün sabit, proqnozlaşdırıla bilən və əlverişli mühit formalaşdırır. Nazir bu yeni reallıqlar fonunda İordaniyanı regionda genişlənən ticarət və nəqliyyat əməkdaşlığında fəal iştiraka dəvət edib.

S.Babayev bildirib ki, Azərbaycan və İordaniya arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və tərəflər arasında daha böyük potensial mövcuddur. Qeyd olunub ki, Hökumətlərarası Komissiyanın nəticələri də iki ölkənin ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət, turizm, qida təhlükəsizliyi, səhiyyə, gömrük və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq. 

İkitərəfli ticarətin artmaqda davam etməsi, Azərbaycanın kənd təsərrüfatı, qida və digər məhsullar üzrə İordaniya bazarında rəqabət imkanlarını genişləndirməsi, İordaniyanın isə dərman və digər sənaye məhsullarının ixracında fəallıq nümayiş etdirməsi və investisiya dialoqunun dərinləşdirilməsi Komissiyanın iclasında mühüm irəliləyişlər kimi qiymətləndirilib. Qeyd olunub ki, nəqliyyat əlaqələrinin təkmilləşməsi, o cümlədən hava marşrutlarının genişləndirilməsi, humanitar və mədəni layihələr, təhsil sahəsində tələbə mübadiləsi və universitetlərarası əməkdaşlığın gücləndirilməsi qarşılıqlı əlaqələrin daha da inkişafına şərait yaradır. 

Komissiyanın həmsədri, İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah çıxışında iki ölkə arasında münasibətlərin iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. O, İordaniyanın Azərbaycanla ticarət, investisiya, sənaye, enerji, turizm və logistika sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Nazir bildirib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşıdakı illərdə birgə layihələrin artmasına, biznes dairələri arasında birbaşa əlaqələrin genişlənməsinə töhfə verəcək. 

İclas başa çatdıqdan sonra həmsədrlər Sahil Babayev və Yarub Qudah tərəfindən Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasının nəticələrinə dair Protokol, həmçinin 2025-2027-ci illər üzrə elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrində İcraedici Əməkdaşlıq Proqramı imzalanıb.

Bundan başqa, Azərbaycan və İordaniya hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş, Dövlət Turizm Agentliyi ilə İordaniyanın Turizm və Tarixi Əsərlər Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və turizm sahəsində əməkdaşlığa dair İcra Proqramı və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə İordaniyanın Kiçik və Orta Müəssisələrin İnkişafı Korporasiyası (JEDCO) arasında Anlaşma Memorandumu hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb. 

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb. İqtisadi sahədə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əsas platforma olduğunu vurğulayan həmsədrlər qeyd ediblər ki, Komissiyanın IV iclasında ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri razılaşdırılaraq protokol imzalanmışdır. Həmçinin bildirilib ki, bir çox sahələrdə əldə olunan irəliləyiş münasibətlərin strateji xarakterini təsdiqləyir və mövcud potensial əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.

Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 23 noyabr 2007-ci il tarixində yaradılıb və Birgə Komissiyanın bundan əvvəl üç iclası keçirilib.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment