Digər xəbərlər


İƏT-in kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
28.11.2025

İqtisadiyyat nazirinin müavini Türkiyədə İƏT kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclasında, 11-ci Dünya Halal Sammiti və 10-cu “Halal Expo 2025” Beynəlxalq Ticarət Sərgisində iştirak edib.

Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclası keçirilib.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev İƏT-in üzv ölkələr arasında ticarət, investisiya, sənaye və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb. Ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti, rəqəmsal ticarətin təşviqi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və yeni ticarət marşrutlarının formalaşdırılması istiqamətində görülən işlər barədə iclas iştirakçılarına məlumat verilib. İƏT məkanında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların stimullaşdırılması və biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsinin iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

İclasda İƏT regionunda iqtisadi inteqrasiyanın möhkəmləndirilməsi və regional ticarət dövriyyəsinin artırılması istiqamətində müzakirələr aparılıb. Üzv ölkələr arasında ticarət və gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, həmçinin məlumat mübadiləsinin təşviq olunmasının əhəmiyyəti qeyd olunub. Regiondaxili ticarət həcminin artırılması və ticarət maneələrinin azaldılması məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.  

İclasda İstanbul Bəyannaməsi, İƏT-in Ticarətin Asanlaşdırılması Strategiyası qəbul edilib, İƏT çərçivəsində fəaliyyət istiqamətləri müzakirə olunub.  

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev səfər çərçivəsində həmçinin, İstanbul şəhərində Türkiyənin Ticarət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı (OIC) və İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) dəstəyi ilə həyata keçirilən 11-ci Dünya Halal Sammiti və 10-cu “Halal Expo 2025” Beynəlxalq Ticarət Sərgisində iştirak edib, Azərbaycanın sərgidəki stendinə baxış keçirilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment