Digər xəbərlər


Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib
18.11.2025

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş görüşdə sahibkarlarla biznesin qurulması və inkişaf etdirilməsi üçün təklif və ehtiyaclarına dair fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirə kənd təsərrüfatı, intensiv bağçılıq, turizm, sənaye, xidmət, ticarət, ictimai-iaşə, arıçılıq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri, ümumilikdə 100-dən çox iştirakçı qatılıb. 

Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyəti, bu sahədə qanunvericilik, dövlət dəstəyi mexanizmləri vasitəsilə rayonun biznes imkanlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Quba rayonu əsasən meyvəçilik və bağçılıq üzrə ixtisaslaşıb. Rayonda son illər emal müəssisələrinin yaradılması, turizm və xidmət sektorunun genişlənməsi müşahidə edilir. KOBİA da bütün regionlarda olduğu kimi Qubada sahibkarlığın inkişafına öz mandatı çərçivəsində dəstək göstərir. Rayonun iqtisadi üstünlüklərindən yararlanmaqla sahibkarlar meyvə və giləmeyvə əsaslı məhsullarda yerli brend formalaşdıra, bölgənin turizm potensialından istifadə etməklə aqroturizm və ekoturizm sahəsində yeni təşəbbüslər irəli sürə bilərlər. Həmçinin səmərəli modellərin tətbiqi, enerjiyə qənaət və yaşıl texnologiyaların biznes proseslərinə daxil edilməsi sahibkarlıq üçün faydalı olacaqdır. Dövlətin dəstək mexanizmləri barədə məlumatlı olmaq, güzəştli maliyyələşmə, ixrac və digər proqramlardan faydalanmaqla rayonun potensialına uyğun yeni biznes istiqamətlərinin araşdırılması da biznes üçün faydalıdır. 

Sonra görüşdə iştirak edən sahibkarların təklifləri dinlənilib, meyvə-tərəvəz məhsullarının satışına, ⁠emal müəssisələrinin yaradılmasına, kənd təsərrüfatı məhsullarının saxlanması üçün kiçik həcmli soyuducuların alınmasına və arıçılıq təsərrüfatı üçün torpaq sahəsinin icarəyə götürülməsinə dəstək, aqroturizm, suvarma, tingçilik, infrastruktur məsələləri və s. ilə bağlı müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb. 

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment