Digər xəbərlər


Azərbaycan və Koreya arasında İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi üzrə seminar keçirilib
18.11.2025

Azərbaycan və Koreya arasında İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi üzrə seminar keçirilib

Noyabrın 17-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Koreya Fiskal İnformasiya Xidməti ilə birgə təşkil olunan “Koreya–Azərbaycan IFMIS Seminarı” keçirilib. 

Seminarın keçirilməsində məqsəd maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması prosesini sürətləndirmək, dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsi üçün qabaqcıl beynəlxalq təcrübələrlə tanış olmaq və Azərbaycan üçün yeni İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasının hazırlanmasına və “dBrain+” təcrübəsinin öyrənilməsinə dəstək göstərməkdir.  

Seminarın açılışında çıxış edən Maliyyə Nazirliyinin aparat rəhbəri Natiq Həsənov Maliyyə Nazirliyində son dövrlərdə aparılan genişmiqyaslı rəqəmsallaşma prosesi barədə məlumat verib və qeyd edib ki, bu istiqamətdə görülən işlər artıq dövlət idarəçiliyinin bütün səviyyələrini əhatə edən kompleks transformasiya mərhələsinə daxil olub. Qeyd olunub ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 avqust tarixli Fərmanı maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha da sürətləndirilməsi üçün çox ciddi hüquqi və institusional baza formalaşdırır. Həmin fərmanla büdcə planlaşdırılması, icrası, mühasibat uçotu, dövlət borcunun idarə olunması və auditi əhatə edən proseslərin vahid yanaşma ilə modernləşdirilməsi üzrə konkret tapşırıqlar verilib.

Aparat rəhbəri qeyd edib ki, Maliyyə Nazirliyinin əməkdaşlarının yay aylarında Koreyaya səfəri zamanı “dBrain+” sistemləri ilə tanışlığı, institusional idarəetmə modelinin öyrənilməsi və tətbiq olunmuş həllərin yerində araşdırılması Maliyyə Nazirliyi üçün olduqca dəyərli təcrübə təmin edib.

Öz növbəsində Koreya Fiskal İnformasiya Xidmətinin prezidenti Seok Ho Yoon vurğulayıb ki, ölkəsinin müvafiq qurumları Azərbaycanla təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılması prosesinə yaxından dəstək göstərməyə hazırdır. 

Seminar çərçivəsində Koreya tərəfi “dBrain+”, “e-Naradoum” hökumət subsidiyalarının idarəetmə sistemi və Koreya İqtisadiyyat və Maliyyə Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə təqdimatlar edib. 

Azərbaycan tərəfi isə ölkənin hazırkı Rəqəmsal Dövlət İnformasiya Sisteminin strukturu, mövcud informasiya sistemləri və islahat tələb edən əsas istiqamətlər barədə təqdimatla çıxış edib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment