Digər xəbərlər


Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və Azər Türk Bank ASC Tabadul Ticarət Mərkəzinə qoşulmaq üçün Əbu-Dabi Birjası ilə kollektiv saziş imzalayıb
17.11.2025

 Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM), Tabadul layihəsi çərçivəsində Bakı Fond Birjası (BFB) və Azər Türk Bank ASC (ATB) Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Əbu-Dabi Birjası (ADX) ilə birgə Kollektiv Mübadilə Razılaşması imzalamışdır.

İmzalanmış bu razılaşma sayəsində Tabadul Ticarət Mərkəzi, BFB və ADX arasında körpü rolunu oynayaraq hər iki birjanın üzvlərinə qarşılıqlı ticarət etmə imkanı yaradacaq. Bu həm investorlar, həm də investisiya şirkətləri üçün qarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv və təhlükəsiz təşkilinə imkan verəcək. MDM, daxili bazarda ticarət etmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və öz hesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını və saxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitar sistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraq dəstək olacaq.

İlkin mərhələdə BFB və ADX üzvlərinin Tabadul qarşısında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata keçirilməsi məqsədilə Azər Türk Bank ASC (ATB) hesablaşma agenti kimi təyin edilmişdir.

Tabadul platforması qısa müddətdə bir çox ölkə və region arasında əlaqələrin qurulmasına imkan vermiş, bazarlar arasında ticarət proseslərini daha əlçatan etmişdir. Platformanın genişlənməsi Tabadulu regional kapital bazarlarında əməkdaşlıq üçün vacib bir mərkəzə çevirir. Bununla yanaşı, Tabadul Ticarət Mərkəzinə qoşulma Azərbaycanda kapital bazarının inkişafına, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə və bazarın daha rəqabətqabiliyyətli olmasına töhfə verəcək.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment