Digər xəbərlər


COP30 çərçivəsində “Yaşıl artım portalı”nın rəsmi təqdimatı keçirilib
17.11.2025

İqtisadiyyat Nazirliyi və ABŞ-nin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşlığı ilə hazırlanmış qlobal rəqəmsal "Yaşıl artım portalı"nın Braziliyanın Belem şəhərində COP30 çərçivəsində təqdimatı keçirilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın Belem şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” beynəlxalq inkişaf mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmiş rəqəmsal “Yaşıl artım portalı”nın yekun versiyasının təqdimatı keçirilib. Azərbaycan pavilyonunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, biznes assosiasiyalarının və maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

“Yaşıl Artım Portalı” ölkələrin yaşıl dəyər zəncirlərinə inteqrasiya potensialını müəyyən etməyə və dayanıqlı iqtisadi artım üçün strategiyalar formalaşdırmağa kömək edir. Portal yaşıl dəyər zənciri üzrə vacib minerallar, eləcə də yaşıl hidrogen, nüvə, günəş və külək enerjisi məhsulları, elektrik nəqliyyat vasitələri barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir. İnteraktiv portalda ölkələrin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanlarının təhlil edilməsi, mövcud bazarlar, effektiv ixracatçılar və artım perspektivləri barədə məlumatları əldə etmək mümkündür. 

Portalın yekun versiyası funksional baxımdan daha təkmil və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Əlavə olunan klaster metodologiyası (cluster methodology) yaşıl məhsulları bir-biri ilə əlaqəli sənaye klasterləri kimi təhlil edərək ölkələrin hansı yaşıl istehsal sahələrinə daha asan keçə biləcəyini göstərir. Greenplexity İndeksi (Greenplexity index) isə ölkələrin yaşıl sənayelər üzrə müqayisəli üstünlüklərinin miqyasını və mürəkkəblik səviyyələrini ölçür, onların yaşıl keçid üzrə hazırlıq səviyyəsini daha dəqiq qiymətləndirməyə imkan yaradır. Portalda yaradılan strategiya məkanı (strategy space) ölkələrə fərdiləşdirilmiş sənaye siyasəti yanaşması təqdim edərək onların mövcud imkan və üstünlüklərinə müvafiq yaşıl inkişaf strategiyası formalaşdırmasına şərait yaradır.

İlkin təqdimatı Bakıda COP29 çərçivəsində edilən portal Harvard Universitetinin 1,7 milyondan istifadəçini əhatə edən "İqtisadi Mürəkkəblik Atlası"na (Atlas of Economic Complexity) inteqrasiya olunub.

Tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi çərçivəsində həyata keçirilən yaşıl transformasiya siyasətinin əsas istiqamətlərini təqdim edib. Ölkənin istixana qazı emissiyalarını azaltmaq, bərpa olunan enerji payının sürətlə artırılması istiqamətində, eləcə də yaşıl enerji zonaları kimi elan edilmiş Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda görülən işlər nəzərə çatdırılıb.

Harvard Universitetinin “Growth Lab” tədqiqatçısı Ketan Ahuja iştirakçılara portalın analitik alətləri, məlumat əsaslı qərarvermə mexanizmləri və platformadan istifadə edərək yaşıl dəyər zəncirlərinə inteqrasiya imkanlarını təqdim edib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment