Digər xəbərlər


Mərkəzi Bank "Dəyişkən dünyada mərkəzi bank idarəçiliyi və siyasət çərçivələri" adlı regional tədbirdə təmsil olunub
14.11.2025

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov və Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Beynəlxalq Valyuta Fondunun Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzi tərəfindən təşkil olunan tədbirdə iştirak ediblər.

10–12 noyabr tarixlərində İsveçrənin Sürix şəhərində keçirilən tədbir “Dəyişkən dünyada mərkəzi bank idarəçiliyi və siyasət çərçivələri” mövzusuna həsr olunub. İsveçrə Milli Bankı və Almaniya Federal Bankının dəstəyi ilə təşkil olunan tədbirdə müxtəlif ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri iştirak ediblər.

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edən spikerlərdən biri olub. O, son illərdə Mərkəzi Bankın pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də bu tədbirlərin makroiqtisadi sabitliyin təmin olunması və yerli maliyyə bazarlarının inkişafındakı rolu haqqında fikirlərini bölüşüb. Əli Əhmədov Mərkəzi Bankın gələcəkdə də siyasət qərarlarının real sektora ötürülməsinin daha da təkmilləşdirilməsi üçün analitik imkanların genişləndirilməsində qərarlı olduğunu bildirib. O, pul bazarı əməliyyatlarının modernləşdirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi istiqamətində təşəbbüslərin davam etdiriləcəyini qeyd edib.

Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov isə “Azərbaycanın pul siyasəti kommunikasiyası” mövzusunda təqdimatla çıxış edib. O, tətbiq olunan kommunikasiyanın hədəf qrupları üzrə vasitələri və kanalları, həmçinin kommunikasiya fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi istiqamətində Mərkəzi Bankın təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Azər Ələsgərov son illərdə Mərkəzi Bank tərəfindən informasiya açıqlığının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir mərkəzi bankçılıqda idarəetmə, pul siyasəti qərarlarının qəbulu və tətbiqi üzrə ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də potensialın artırılması, kommunikasiya və şəffaflıq məsələlərinin müzakirəsi üçün səmərəli regional platforma rolunu oynayıb.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment