Digər xəbərlər


Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasına Qeydiyyat Başladı!
14.11.2025

“Maliyyə Savadlılığı Viktorinası” 13–15 yaş arası məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirilən bilik yarışıdır. Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi, eləcə də ölkədə fəaliyyət göstərən bankların tərəfdaşlığı ilə təşkil olunur.

Viktorinanın qalibləri müxtəlif dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

Yarış üç mərhələdən ibarət olacaq:

• 7 noyabr 2025-ci il – İlkin elan və qeydiyyat mərhələsi (“Google Forms” vasitəsilə). Bu mərhələdə təqdim edilən suallar əsasında ilkin qiymətləndirmə aparılacaq və yarımfinala keçəcək 100 nəfər müəyyən ediləcək.

• 27 noyabr 2025-ci il – Onlayn yarımfinal (“Zoom” və “Kahoot!” platformaları vasitəsilə). Bu mərhələdə 20 nəfər finalçı seçiləcək.

• 11 dekabr 2025-ci il – “Maliyyə Savadlılığı Viktorinası”nın final mərhələsi (Bakı şəhərində, üzbəüz formatda). İlk 3 yerin qalibləri mükafatlandırılacaq, digər iştirakçılara isə xatirə hədiyyələri təqdim ediləcək.

Qeyd: Tarixlərdə dəyişiklik ola bilər. İştirakçıların bu barədə məlumatlı olmaları tövsiyə edilir.


Əsas iştirak şərti

Məktəblinin doğum tarixi 8 noyabr 2009-dan - 7 noyabr 2012-dək (hər iki tarix daxil) olmalıdır.


Qeydiyyat qaydaları

Qeydiyyat linki 21 noyabr 2025-ci il, saat 18:00-dək aktiv olacaq.

İlkin seçim turunda iştirak etmək üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək və təqdim edilən sualları cavablandırmaq tələb olunur:

https://forms.gle/4cucefkuCtEkyLNV6 

Qeydiyyat zamanı məktəblinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) sistemə (Google Forms) yüklənməsi zəruridir. Buna görə, qeydiyyata başlamazdan əvvəl sənədlərinizi hazır etməyiniz tövsiyə olunur.


Əlavə məlumat

Qeyd edək ki, tədbirin təşkilatçılarından olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa İttifaqının təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-yə yaxın təlim mövzusu üzrə 38 mindən çox dinləyiciyə 2600-dən artıq təlim kursu təşkil edilmişdir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment