Baki, Finance Time. Joint Leasing Company QSC 2013-cü ilin fəaliyyət planına uyğun olaraq, GFM Cossack Bond Company investisiya fondundan 2 mln. ABŞ dolları məbləğində maliyyə vəsaitlərini cəlb etmişdir.
Joint Leasing şirkətinin baş direktoru Elçin Əhmədovun sözlərinə görə, bu, şirkətin 2013-cü ildə xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsi istiqamətində ilk addımıdır. Gələcəkdə Joint Leasing Company cəlb etdiyi vəsaitlərin həcmini artırmaq və bu sahədə həm GFM Cossack Bond Company investisiya fondu, həm də digər maliyyə institutları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Cəlb edilmiş vəsaitlər kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Azərbaycanın ən iri lizinq şirkəti – Joint Leasing Company QSC 14 may 2007-ci il tarixindən ölkənin ilk lizinq şirkəti olan “Azərilizinq Şirkətinin” hüquqi varisi kimi fəaliyyət göstərir. Joint Leasing Company QSC-nin səhmdarları İngiltərənin DH Leasing Ltd. şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%).