Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Qəbələ rayonunda yerləşən Dövlət Peşə Təhsil Mərkəzində xarici ticarət iştirakçıları ilə növbəti görüş təşkil olunub.
Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələrə dair ətraflı məlumat verilib, “Zərərli maddələr və tullantıların qanunsuz ticarəti”, “Gömrük sərhədindən keçirilməsinə qadağa və məhdudiyyət tədbirləri tətbiq olunan bəzi malların kodlu Siyahısı” və həmin siyahıdan istifadə qaydaları, həmçinin “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” mövzularında təqdimatlar nümayiş etdirilib.
Daha sonra təklif və rəylər dinlənilib, biznes subyektlərinin sualları ətraflı cavablandırılıb.