Digər xəbərlər


II Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
03.11.2025

15 noyabr 2025-ci il tarixində “Admedia” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə Gülüstan Sarayında ölkəmizdə ikinci dəfə keçiriləcək II Təchizat Zənciri Liderləri Zirvəsi Azərbaycanın strateji təchizat sektorunda mühüm dönüş nöqtəsi olmağa hazırlaşır. Zirvə dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və qabaqcıl şirkətləri bir araya gətirərək, sahə üzrə aktual tendensiyalar, rəqəmsal transformasiya və idarəetmədə dayanıqlılıq mövzularında fikir mübadiləsi platforması yaradacaq.

Tədbirin məqsədi təchizat zəncirinin idarə edilməsində peşəkarlığın artırılması, innovativ yanaşmaların təşviqi və dövlət–özəl sektor əməkdaşlığının daha da gücləndirilməsidir. Zirvə çərçivəsində üç əsas panel müzakirəsi keçiriləcək.

Tədbir “Qardaşlar Mebel”in baş sponsorluğu, “Insure.az”, “Karabakh Group”, “UPS Construction” və “Başkent” şirkətlərinin sponsorluğu ilə təşkil edilir.

I Panel – Dövlət Satınalmalarında Peşəkarlıq

Moderator: Fərəh Rəhimova – SOCAR Exploration Satınalma və Təchizat Zənciri üzrə meneceri

Spikerlər:

Vüsal Xəlilov – “Mobil Group” şirkətlər qrupunun təsisçisi və direktoru, TÜİB-in Logistika və Gömrük Komissiyasının sədri

Elşən Həsənov – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Satınalmalarının Təhlili Şöbəsinin müdiri

Ramil Hüseynov – Dövlət Xəzinədarlıq Agentliyi, Daxili Nəzarət və Monitorinq Şöbəsinin müdiri

Aqil Talıbov – “Karabakh Group” şirkətinin Kommersiya və Maliyyə Departamentinin rəhbəri

Paneldə dövlət satınalmalarında şəffaflıq, effektivlik və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

II Panel – Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası

Moderator: İlqar Mehti – “Ekvita” şirkətinin təsisçisi və direktoru

Spikerlər:

Berna Akyıldız – CILT Türkiye Prezidenti

Əmir Vəlibəyov – “Pasha Technology” şirkətinin CEO-su

Vüsal Şərifov – “Vumes” MMC, “Vumart Gross”, “Azeriş” MMC və “İlçin” MMC şirkətlərinin rəhbəri

Elgün Məhəmmədəlizadə – Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat İdarə Heyətinin sədri

Bu paneldə təchizat zəncirində rəqəmsal alətlərin tətbiqi, süni intellekt və avtomatlaşdırmanın rolu, rəqəmsal inteqrasiyanın biznes proseslərinə təsiri müzakirə olunacaq.

III Panel – Təchizat Zəncirində Risklərin İdarə Edilməsi

Moderator: Cəlalə Allahverdiyeva – İƏT Əmək Mərkəzində İnzibati şöbənin rəhbəri

Spikerlər:

Vüqar Ağayev – “3Plus’ MMC şirkətinin həmtəsisçisi

Qəhrəman Abbasov – “Pasha Management Company”nin Satınalma üzrə Qrup Meneceri

Elçin Əzimov – bp şirkətinin Satınalmalar üzrə Baş Meneceri

Mətin Xəlilli – SOCAR Türkiye Satınalma və Təchizat Zəncirinin rəhbəri

Anar Adilzadə – Veysəloğlu Şirkətlər Qrupu, Araz Sumpermarket MMC Logistika direktoru, idarə heyətinin üzvü

Panel zamanı təchizat zəncirində risklərin minimallaşdırılması, davamlı təchizat modelləri və böhran dövrlərində idarəetmə strategiyaları kimi mövzular gündəmə gətiriləcək.

II Təchizat Zənciri Liderləri Zirvəsi ölkəmizdə təchizat və logistika sektorunun inkişafına töhfə verməklə yanaşı, beynəlxalq təcrübənin paylaşılması, yeni tərəfdaşlıqların qurulması və innovativ yanaşmaların təşviqi üçün mühüm platforma rolunu oynayacaq. Tədbirdə iştirak edərək təchizat və logistika sahəsində ən son trendlərlə tanış ola, yerli və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi aparıb yeni biznes tərəfdaşlıqları qura bilərsiniz.

II Təchizat Zənciri Liderləri Zirvəsinə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=61556576487637

Instagram: https://www.instagram.com/sclforum/

Linkedln: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment