8 oktyabr 2025-ci il tarixində Türkiyə İştirakçı Banklar Birliyi (Türkiye Katılım Bankaları Birliği – TKBB) nümayəndələrinin Bakıya səfəri çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə görüş keçirilmişdir.
Görüşdə Türkiyə İştirakçı Banklar Birliyinin (TKBB) baş katibi Fatma Eser Çınar, hüquq üzrə müşaviri Furkan Yalçın, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, eləcə də ABA-nın və Rabitəbankın nümayəndələri iştirak ediblər.
Tərəflər görüş zamanı İslam bankçılığının Azərbaycanda tətbiqi imkanlarını, eləcə də beynəlxalq təcrübənin yerli bazara inteqrasiyası istiqamətində mümkün addımları müzakirə etmişlər.