BOKT "İdeal Kredit" MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
10.10.2025
10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İdeal Kredit" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT "İdeal Kredit" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001019978
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
14%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir