Digər xəbərlər


İqtisadiyyat naziri Mikayıl Cabbarov Omanda səfərdədir
09.10.2025

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heytənin Oman Sultanlığına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub. Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasına dair Səhmdarlar Müqaviləsi imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Said bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Oman Sultanlığı arasında münasibətlərin yüksək səviyyədə olduğu, 30 ildən artıq diplomatik əlaqələrə, güclü İslam həmrəyliyinə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb.

İqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsinin ikitərəfli əməkdaşlıqda önəmi qeyd olunub. Azərbaycan-Oman Birgə Biznes Şurası və İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupunun yaradılmasının iqtisadi əməkdaşlığın inkişafında rolu diqqətə çatdırılıb.

Ticarət və investisiya əlaqələrinin inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycanda yaradılmış investisiya imkanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarında sahibkarlarlığın inkişafı üçün tətbiq olunan güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonaları” elan edilib, bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, irimiqyaslı layihələrin icrası, nəqliyyat-logistika imkanlarının genişlənməsi regionun inkişafında mühüm rol oynayır.

Vurğulanıb ki, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizi regional ticarət və logistika mərkəzinə çevirib və bu, Azərbaycan–Oman iqtisadi əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır.

Görüşdə iqtisadi əlaqələrin daha da gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, KOB və tranzit sektorunda birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Omana işgüzar səfəri çərçivəsində bu ölkənin maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və Qurumun prezidenti Abdulsalam bin Məhəmməd Al Murşidi görüşüb. 

İki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və tərəfdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi, regional səviyyədə birgə investisiya fəaliyyətinin genişləndirilməsi, işgüzar əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndiriblər.

Görüş çərçivəsində Oman İnvestisiya Qurumu və Azərbaycan İnvestisiya Holdinqi arasında Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasına ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.

Birgə Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək.

Fondun ilkin kapitalı 200 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Bu məbləğin  100 milyon dolları Azərbaycan İnvestisiya Holdinqi, 100 milyon dolları isə Oman İnvestisiya Qurumu tərəfindən təmin ediləcəkdir.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı imzalanma mərasimində qeyd olunub ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında son illərdə əməkdaşlıq daha da genişlənir. Xəzər və Mərkəzi Asiya regionuna açılan qapı olan Azərbaycan və  Körfəz və Afrika regionları ilə güclü əlaqələrə malik Oman tərəfdaşlığı yeni iqtisadi sinerji formalaşdırır.

Fondun fəaliyyətinin iki ölkənin suveren investisiya institutlarının təcrübəsinin və imkanlarının əlaqələndirilməsi yolu ilə uğurlu layihələrin reallaşdırılmasına təkan verəcəyi vurğulanıb.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment