Digər xəbərlər


Maliyyə Nazirliyində Almaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
09.10.2025

Maliyyə Nazirliyində Almaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Oktyabrın 8-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Almaniyanın maliyyə sektorunu təmsil edən şirkətlərin və biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Görüşdə iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, Alman maliyyə institutlarının ölkəmizdə həyata keçirilən layihələrin dəstəklənməsində iştirakı, dövlət borcunun idarə olunması sahəsində təcrübə mübadiləsi, dövlət–özəl tərəfdaşlıq mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Anar Kərimov qonaqlara ölkəmizdə dayanıqlı iqtisadi artımın, makroiqtisadi sabitliyin və fiskal intizamın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub  ki, Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikasını saxlayır, qeyri-neft sektoru davamlı şəkildə genişlənir, dövlət borcunun idarə olunmasında əldə olunan nailiyyətlər və yüksək valyuta ehtiyatları ölkənin maliyyə dayanıqlığını təmin edir. Bu siyasətin nəticəsi olaraq, kənd təsərrüfatı, informasiya texnologiyaları, emal sənayesi, logistika və “yaşıl enerji” kimi qeyri-neft sektorlarında əhəmiyyətli irəliləyişlər əldə edilib.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, bu müsbət nəticələr nəzərə alınaraq, 2026–2030-cu illəri əhatə edən Dövlət Borcunun İdarə Edilməsi Strategiyası hazırlanır. Strategiya prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma imkanları yaradaraq ölkənin uzunmüddətli inkişaf gündəliyini dəstəkləməyi hədəfləyir.

Öz növbəsində, qonaqlar Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitinin Almaniya biznes dairələri üçün geniş imkanlar açdığını, ölkənin iqtisadi stabilliyi və strateji layihələrin uğurla həyata keçirilməsinin onlara uzunmüddətli və perspektivli tərəfdaşlıq imkanları yaratdığını vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment