Oktyabrın 7-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201120042 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0201120042 kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 86,5 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 19,3 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 99.6679 (7,6259%) və kəsmə qiyməti 99.2635 (7.7799%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 7 oktyabr 2028-ci ildir.