Azərbaycanın önəmli biznes tədbirlərindən biri olan B2B Marketinq Forumuna cəmi 2 gün qalıb. Forum Inbound təşkilatçılığı ilə keçiriləcək. Əsas mövzular — Milli B2B marketinq, B2B marketinq strategiyaları və B2B satış alətləri olacaq.
Tədbirdə ölkənin aparıcı marketinq mütəxəssisləri, dövlət qurumlarının nümayəndələri, sahibkarlar, QHT və media təmsilçiləri iştirak edəcək.
Forumda 20 spikerin və 300 iştirakçının iştirakı gözlənilir.
Forum ziyarətçiləri panel müzakirələrində iştirak edə biləcək, həmçinin networking imkanlarından yararlana biləcəklər. Bundan əlavə, forum iştirakçıları üçün xüsusi WhatsApp qrupu açılacaq və tədbirdən sonra bütün iştirakçılar görüşlər keçirmək imkanı əldə edəcəklər.
Tarix: 4 oktyabr 2025
Məkan: Nizami Cinema Center
Ətraflı: b2bmarketing.az
Qeydiyyat linki: ebiletstore.com
Əlaqə nömrəsi: +994 50 828 00 12