Fond birjası


Bakı Fond Birjasında Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib
01.10.2025

1 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilib.

Tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun açılış nitqi ilə başlamışdır. Ruslan Xəlilov öz çıxışında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan manatında dəyişən faizli istiqraz emissiyasını ölkənin maliyyə sistemi üçün innovativ addım kimi qiymətləndirmişdir. O, həmçinin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında yerli valyutada ifadə olunan kapital bazarı alətlərinin inkişaf etdirilməsinin və makroiqtisadi sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Tədbirin digər spikerləri Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü Ramin Nurəhmədov, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo, Dentons hüquq firmasının Azərbaycan üzrə İdarəedici Partnyoru Ülviyyə Zeynalova-Boçkin, “ABB – İnvest” İnvestisiya Şirkətinin içraçı direktoru Nadir Babazadə və Unicapital İnvestisiya Şirkətinin baş direktoru Vüqar Namazov isə nüfuzlu beynəlxalq maliyyə institutu olan Avropa Yenidənqurma və İnkişaf Bankının dəyişən faizli istiqrazların buraxılması və ilk dəfə olaraq faiz dərəcəsi banklar arası kredit bazarında müəyyən edilən faiz dərəcəsinə (AZIR – Azerbaijan Interbank Rate) əsaslanması və bununla da istiqrazların Bakı Fond Birjasında listinq olunması həm yerli, həm də xarici investorlar üçün müsbət təsirindən danışıblar .

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 000 manat, ödəniş dövrü rüblük, tədavül müddəti 1 ildir. Dəyişən faizli, təminatsız, sənədsiz, adlı istiqrazların yerləşdirmə üzrə anderrayteri “ABB – İnvest” və Unicapital investisiya şirkətləridir.

Tədbirin sonunda tərəflərin nümayəndələri istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəngi çalıblar. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment