"Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
01.10.2025
29 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın dəyişən faizli (floating rate) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2001028169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 01.10.2025-ci il tarixində yekunlaşmışdır.
3.20 Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılan istiqrazların ticarətə qəbulu və listinqinə dair tələblər: 3.20.1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılan istiqrazlar əsas listinq seqmentinə daxil edilir. 3.20.2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılmış istiqrazlar üzrə Listinq Komitəsi tərəfindən istisnalar edilə bilər. Bunu nəzərə alaraq kağızlar Əsas Bazar Listinq Seqmentinə daxil edilir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Avropa Yenidənqurma və İnkişaf Bankı”
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001028169
İstiqrazların növü və forması
İstiqrazlar dəyişən faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması
Kütləvi / Birqiymətli hərrac
İstiqrazların sayı
500 ədəd
İlkin ticarət qiyməti
100,000 manat
İstiqrazların buraxılış həcmi
50,000,000 manat
Period üçün gəlirlilik faizi
Ödəmə Periodu
Faiz ödənişləri göstərilmiş faiz ödəniş tarixlərində rüblük olaraq (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) həyata keçirilirəcək