Banklar


Mərkəzi Bankın sədri İslam Əməkdaşlıq Təşkilatı - İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi Mərkəzi Banklarının 7-ci Forum
01.10.2025

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı - İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak etmək məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərində işgüzar səfərdə olub.

Sədr forumda “Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr” mövzusunda çıxış edərək ödəniş sistemləri və transsərhəd əməliyyatlara dair fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, qlobal maliyyə mənzərəsində ən dinamik və strateji əhəmiyyətli sahələrdən birinə çevrilmiş ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunu adlandırıb. Sədr ödəniş xidmətlərinin, xüsusilə də transsərhəd ödənişlərin daha sürətli, şəffaf və əlçatan olmasının təmin edilməsi üçün rəqəmsal infrastruktura investisiyalar yatırılması, sistemlər arasında qarşılıqlı əlaqə yaradılması və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edilməsinin zəruriliyini vurğulayıb. Taleh Kazımov “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində ölkəmizdə milli ödəniş sisteminin təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, həmçinin təhlükəsiz və effektiv ödəniş xidmətlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.

Qeyd edək ki, OIC-COMCEC çərçivəsində mərkəzi banklar və monetar orqanların toplantıları 2009-cu ildən etibarən Türkiyənin İstanbul şəhərində keçirilməyə başlayıb. Bu toplantılar üzv ölkələrin mərkəzi bankları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi, birgə fəaliyyətlərin gücləndirilməsi, həmçinin monetar, bank və maliyyə məsələlərinin müzakirəsi üçün mühüm platforma hesab olunur.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment