Digər xəbərlər


Mərkəzi Gömrük Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Dr. Vüsal Cəfərov
29.07.2025

“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr. Vüsal Cəfərovu təqdim edirik. 

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı, uşaqlara mehribanlıqla yanaşan Dr. Vüsal Cəfərovu təqdim edirik.  O, yüksək ixtisası, beynəlxalq təcrübəsi, diqqətli yanaşması və insani münasibəti ilə valideynlərin və balaca pasiyentlərin güvənini qazanıb.

Təhsilə və inkişafa sadiq yol

Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2011-2016-cı illərdə Türkiyənin nüfuzlu İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Bu illər ərzində qazandığı bilik və bacarıqlar, onun Azərbaycanda uşaq cərrahiyyəsi sahəsində qabaqcıl mütəxəssislərdən birinə çevrilməsinə zəmin yaradıb. 2014-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı və uşaq uroloqu kimi çalışan həkim, 2022-ci ildən Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi kimi fəaliyyət göstərir.

Peşəkar fəaliyyət –uşaqlara böyük qayğı

Dr. Vüsal Cəfərov anadangəlmə inkişaf qüsurları, həzm və sidik-cinsiyyət sistemi anomaliyaları, diafraqma yırtıqları, qida borusu və bağırsaq atreziyaları, Hirşprung xəstəliyi, mekonium keçməməzliyi, nekrotizian enterokolit, pilor stenozu, bağırsaq burulmaları, uşaqlarda yırtıqlar və travmalar daxil olmaqla çoxsaylı mürəkkəb xəstəliklərin cərrahi müalicəsini həyata keçirir. Onun fəaliyyəti həm də təcili tibbi halların – appendisit, yad cismin udulması və ya tənəffüs yollarına düşməsi, xaya və yumurtalıq burulmaları, boğulmuş yırtıqların operativ müdaxilə ilə müalicəsini də əhatə edir.

Elm, beynəlxalq təcrübə və innovasiya

Dr. Vüsal Cəfərov öz sahəsinin yeniliklərini daim izləyir, biliklərini beynəlxalq konfrans və elmi tədbirlərdə təkmilləşdirir. O, 2016-cı ildə Şimali Kiprdə, 2018-ci ildə İzmirdə, 2019-cu ildə Dohada, 2021-ci ildə İstanbulda və 2022-ci ildə Praqada keçirilən beynəlxalq uşaq cərrahiyyəsi konqreslərində iştirak etmişdir. Həmçinin, 2023-cü ildə Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və həmin dərnəyin 40-cı ildönümünə həsr olunmuş 40-cı Milli Uşaq Cərrahiyyəsi Konqresində iştirak etmişdir. Vüsal həkim 2025-ci ildə Avropa Uşaq Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi Avropa Uşaq Cərrahiyyəsi “Board” imtahanını uğurla keçərək beynəlxalq səviyyədə tanınan sertifikata layiq görülmüşdür. Bu nailiyyət onun sahəsindəki yüksək ixtisasını və peşəkarlığını daha da təsdiq edir.

Onun elmi fəaliyyəti də diqqətə layiqdir. “Xayanın xayalıqdan kənar yerləşməsi” adlı məqaləsi 2019-cu ildə “Elsevier” nəşriyyatına daxil olan “Journal of Pediatric Surgery Case Reports” jurnalında dərc olunub.

Beynəlxalq və yerli nüfuz

Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin və Avropa Uşaq Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür. 2025-ci ildə Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunub.

Balaca ürəklərə böyük sevgi

Dr. Vüsal Cəfərovun uşaqlara olan münasibəti, empatiya və diqqəti onu fərqləndirir. Onun qəbuluna gələn hər bir ailə öz uşağını etibar edə biləcəyi güvənli bir həkimlə qarşılaşır. Həkimə yönələn minnətdarlıq dolu baxışlar, valideynlərin rahat nəfəsi və uşaqların yenidən gülümsəyən siması onun fəaliyyətinin ən böyük qiymətidir.

Dr. Vüsal Cəfərovun qəbuluna yazılmaq üçün:

(012) 404-08-08

Ətraflı məlumat üçün: https://customshospital.az/vusal-ceferov/

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment