Digər xəbərlər


Naxçıvanda “İqtisadi inkişaf suverenliyin əsasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib
06.05.2025

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İqtisadi inkişaf suverenliyin əsasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə əlaqədar Sərəncamının əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikası Konstitusiyasının suverenliyimizin qarantı və hüquq sistemimizin əsas mənbəyi olduğunu bildirib. Qeyd edilib ki, Naxçıvan Dövlət Universitetində dövlətçiliyimizi müdafiə edən ideoloji mərkəzlərdən biri kimi “Konstitusiya və Suverenlik İli” çərçivəsində müəllim və tələbələrin iştirakı ilə bir çox müxtəlif elmi-praktik tədbirlər, respublika və beynəlxalq səviyyəli konfranslar keçirilir, araşdırmalar aparılır.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ağır problemlər məngənəsində olan ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dirçəlməyə başladı, bazar iqtisadiyyatı formalaşdı. Qısa müddət ərzində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edildi, xarici  iqtisadi  əlaqələr inkişaf etdirildi və özəl sahibkarlığın əsası qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi altında daha da güclənən dövlətçiliyimiz və iqtisadi qüdrətimiz 2020-ci ildə Vətən Müharibəsində tarixi Qələbəmizi təmin edən əsas amillərdən oldu. 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı ilə erməni silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan təmizlənərək Azərbaycan Respublikasının suverenliyi tam şəkildə bərpa edildi.

Bu gün ölkəmiz Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı ilə mövcud qlobal çağırışlar fonunda uğurla inkişaf edir. Xüsusilə biznes mühiti və sahibkarlıq fəaliyyətinin şaxələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Azad rəqabət mühitinin təkmilləşməsi, resurslara bərabər çıxış imkanlarının yaradılması, dövlət dəstəyi mexanizmlərinin effektivliyinin gücləndirilməsi üçün kompleks tədbirlər görülür. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı istiqamətində, xüsusilə 2004-cü ildən etibarən qəbul olunmuş dövlət proqramlarının icrası nəticəsində, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, eləcə sosial infrastrukturun yaxşılaşdırılması sahəsində böyük uğurlar əldə olunmuşdur. Bu tədbirlər regionun mövcud potensialını gücləndirməklə yanaşı, Naxçıvanın gələcək inkişafı üçün də mühüm əsaslar yaratmışdır.

Tədbirdə  “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Suveren iqtisadi siyasətdə yeni mərhələ:rəqəmsal transformasiya və dayanıqlı inkişaf”, Naxçıvan Dövlət Universitetinin Mühasibat və maliyyə kafedrasının dosenti Mehriban İmanova “Heydər Əliyev irsində maliyyə siyasəti və iqtisadi suverenlik modelləri”, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən  Müslüm Cabbarzadə “Regional inkişaf trayektoriyası: nailiyyətlər və gələcəyə baxış”, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Zahid Qənbərov “Suveren Azərbaycan iqtisadiyyatında müasir vergi sisteminin transformasiyası” adlı  məruzələrlə çıxış ediblər.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment