Mərkəzi Bankda Milli Depozit Mərkəzi ilə birgə “açıq mikrofon” formatında bir sıra səhmdar cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının çağırılması və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində mühüm məlumatlar təqdim olunub. Bu istiqamətdə səhmdar cəmiyyətlərinin nümayəndələrinin ünvanlandığı suallar cavablandırılıb.
Qeyd edək ki, daha öncə Mərkəzi Bank tərəfindən bir sıra rayonlarda səhmdar cəmiyyətlərinin nümayəndələri ilə məlumatlılığın artırılmasını hədəfləyən görüşlər də keçirilib.
İnvestorların hüquqlarının qorunması məqsədilə həyata keçirilən bu təşəbbüslər davam etdiriləcək.