Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendesiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə gör
24.04.2025

Mərkəzi Gömrük Hospitalında "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendesiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşü keçirilib

23 aprel 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Florence Healthcare İnternational Qrup, Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin birgə təşkilatçılığı, “Nəsil Qrup” MMC və “Ascent” MMC şirkətlərinin dəstəyi ilə “Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yeniliklər” mövzusunda ekspertlərin görüşü keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d. Ceyhun Məmmədov xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusunun əhəmiyyətindən danışıb: “Bu, səhiyyə sistemlərinin dayanıqlığını təmin edən ən vacib məsələlərdən biridir. Təəssüf ki, statistikalar göstərir ki, hər 10 xəstədən biri xəstəxanadaxili infeksiyalara yoluxur. Bu göstərici xüsusilə orta və aşağı gəlirli ölkələrdə daha yüksəkdir və bu, bizi ciddi narahat etməlidir.

Qeyd etmək istərdim ki, xəstəxanadaxili infeksiyalar çox zaman antibiotiklərə davamlı mikroorqanizmlər tərəfindən törədilir. Hazırda dünyada 136 milyondan çox infeksiya növü antibiotiklərə qarşı davamlıdır. Bu, təkcə tibbi deyil, həm də iqtisadi və sosial cəhətdən böyük təhlükə yaradır. Halbuki sözügedən infeksiyaların qarşısının alınması mümkündür”.

Pandemiya dövründə Mərkəzi Gömrük Hospitalının COVID-19 xəstələrinə fasiləsiz tibbi xidmət göstərdiyini qeyd edən İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, tibbi avadanlıqların dezinfeksiyası, ətraf mühitin təmizliyinin qorunması və infeksiya nəzarətinin sistemli şəkildə aparılması, eləcə də laboratoriyaların verdiyi dəqiq diaqnostikalar və effektiv nəzarət tədbirlərixəstəxana daxilində yoluxmanın qarşısının alınmasında mühüm rol oynayır.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov səhiyyə sahəsində qarşıya çıxan problemlərin təkcə elmi müstəvidə deyil, eyni zamanda praktiki müstəvidə də yanaşma tələb etdiyinə diqqət çəkib: “Tibbin əsas məqsədi insan həyatının qorunmasıdır və bu məqsədə nail olmaq üçün nəzəri biliklər mütləq şəkildə praktikada tətbiq olunmalıdır. Xəstəxanadaxili infeksiyalar məsələsi cəmiyyət üçün olduqca aktualdır. Xəstəxana daxilində infeksiyalara nəzarətin zəif olması, təəssüf ki, bəzən xəstə ölümləri ilə nəticələnə bilər. Halbuki biz sadəcə dezinfeksiya qaydalarına ciddi riayət etməklə bu cür faciələrin qarşısını ala bilərik.

Müasir səhiyyənin imkanları genişlənməkdədir. Artıq ən mürəkkəb cərrahi əməliyyatlar, ağır klinik halların idarə olunması ölkəmizin tibb müəssisələrində müvəffəqiyyətlə həyata keçirilir. Lakin unutmamalıyıq ki, tibbin yüksək texnoloji imkanları belə, əgər əsas gigiyenik və infeksiya nəzarəti qaydaları yerinə yetirilmirsə, istənilən nəticəni təmin edə bilməz”.

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova vurğulayıb ki, tədbirdə müzakirə edilən məsələlər yalnız nəzəri çərçivədə qalmamalı, real praktikada tətbiq olunmalıdır: “Çünki xəstəxanadaxili infeksiyaların qarşısını almaqla biz təkcə xəstələrin deyil, bütövlükdə cəmiyyətin sağlamlığını qoruyuruq. Bu səbəbdən, xəstəxanadaxili infeksiyaların qarşısının alınması ilə bağlı məsələnin ciddiliyi, həm ictimaiyyətə, həm də tibb işçilərinə açıq və aydın şəkildə çatdırılmalıdır. Bu yalnız bir qrupun deyil, bütün cəmiyyətin sağlamlığını qoruyan yanaşmadır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva TƏBİB tərəfindən 2020-ci ildən etibarən xəstəxanalarda infeksiyona nəzarət komutələrinin yaradıldığına diqqət çəkib: “Hər il minlərlə insan sadə profilaktik tədbirlərə əməl edilmədiyi üçün xəstəxana şəraitində infeksiyalara yoluxur. Bu infeksiyalar bəzən ölüm, bəzən isə ciddi fəsadlarla nəticələnir. Ancaq qeyd etməliyik ki, bu, qarşısı alınması mümkün olan bir problemdir. Əsas gigiyena qaydalarına, sterilizasiya və dezinfeksiya prosedurlarına düzgün əməl etməklə, bu infeksiyaların böyük hissəsinin qarşısını almaq mümkündür. Bu, həm xəstələrin həyatını qoruyur, həm də səhiyyə sisteminə düşən əlavə yükü azaldır”.

Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, xəstəxanalarda infeksiyona nəzarətdə xüsusilə laboratoriyaların rolu önəmlidir: “Dəqiq və vaxtında diaqnostika infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Unutmayaq ki, xəstəxanadaxili infeksiyalara nəzarət tibb işçilərinin peşəkarlığı və məsuliyyəti ilə birbaşa bağlıdır. Hər bir səhiyyə əməkdaşı bu məsuliyyəti daşıyır və hər bir xəstə üçün təhlükəsiz mühit yaratmaq lazımdır”.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk “BİOMERİEX - xastaxanadaxili infeksiyalarla mübarizəni dəstəkləyən əhatəli bir həll yolu- müasir Türkiyə təcrübəsi”, Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova “Naməlum etiologiyalı infeksiyon prosesin gedişində molekulyar-genetik müayinələrin üstünlüyü”,  İstanbul Florence Nightingale Xəstəxanasının infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə uzmanı Aslıhan Dəmirəl “Nazokomial virus infeksiyaları və onlarla müasir mübarizə”, Mərkəzi Gömrük Hospitalının İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Səttar Yaqubov “Mərkəzi Gömrük Hospitalında xəstəxanadaxili infeksiyalara nəzarət təcrübəsi”, mövzularındada çıxışlar ediblər. 

Sonda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev tədbirin önəmli töhfələr verəcəyinə əminliyini ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıb: “Bu zirvə görüşü yalnız bilik və təcrübə mübadiləsi baxımından deyil, eyni zamanda, xəstəxanadaxili infeksiyaların idarə olunması sahəsində sistemli yanaşmaların formalaşması üçün mühüm platformadır. Burada səsləndirilən fikirlər, elmi tədqiqatlar və praktiki təcrübələr səhiyyə işçiləri üçün yol xəritəsi rolunu oynaya bilər”.

Baş həkim Bəxtiyar Musayev bildirib ki, belə tədbirlərin davamlı keçirilməsi həm yerli, həm də beynəlxalq təcrübələrin paylaşılması baxımından olduqca vacibdir və nəticə etibarilə bu cür təşəbbüslər ölkəmizdə infeksiya nəzarət sistemlərinin təkmilləşdirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və xəstələrin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək.

Sonda iştirakçılar tədbirin önəmli töhfələr verəcəyinə əminliklərini ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment