Azərbaycan Banklar Assosiasiyası ölkənin bank sektorunu birləşdirən qurum olaraq, 35 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanladığı müraciətdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin bank-maliyyə sektorunda dayanıqlı inkişafı təmin etdiyini vurğulayır.
Müraciət mətnində ABA bəyan edir ki, üzvləri ilə birlikdə bundan sonra da maliyyə-bank sisteminin dayanıqlı və innovativ inkişafına töhfə verməyə, maliyyə əlçatanlığını artırmağa və ölkənin iqtisadi inkişafını effektiv şəkildə dəstəkləməyə sadiq qalacaq. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir bank-maliyyə infrastrukturunun qurulmasında bank sektorunun bundan sonra da fəal iştirak edəcəyi bildirilir.
Müraciətdə bank icması adından Zati-aliləri cənab Prezident İlham Əliyevə göstərdiyi davamlı dəstəyə görə dərin təşəkkür ifadə olunur.