Banklar


AccessBank-dan ilk: “Qızıl Şans” lotereya kampaniyasına start verildi!
16.04.2025

AccessBank müştərilərinə əlavə dəyər yaratmaq və lombard kreditlərinin satışını təşviq etmək məqsədilə ilk dəfə olaraq “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasına start verdiyini elan edir.Lotereya kampaniyası 17 aprel 2025-ci il tarixindən başlayır və iki tiraj üzrə həyata keçiriləcək.

“Qızıl Şans” lotereyasında yalnız aşağıdakı tarixlərdə AccessBank-dan lombard krediti əldə etmiş müştərilər iştirak edə bilərlər:

I tiraj: 17.04.2025 – 15.08.2025

II tiraj: 16.08.2025 – 19.12.2025

Müştərilər lombard krediti müqabilində hər 1 000 AZN üçün 1 iştirak şansı qazanacaqlar.

Hər tirajda12 qalib təsadüfi seçim əsasında müəyyən olunacaq. Qaliblərə dəyərli qızıl külçələr təqdim ediləcək:

I yer – 50 qr 999.99 əyyarlı qızıl külçə (1 nəfər)

II yer – 30 qr qızıl külçə (2 nəfər)

III yer – 20 qr qızıl külçə (3 nəfər)

IV yer – 10 qr qızıl külçə (6 nəfər)

Qaliblər 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində Accessbank-ın Baş ofisində keçiriləcək tiraj zamanı müəyyən ediləcək. Seçim prosesi Excel Macros proqramı vasitəsilə təsadüfi qaydada aparılacaq və AccessBank-ın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.

İştirak şərtləri:

Lotereyada yalnız 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları iştirak edəbilər.

Lotereya bileti kimi lombard kredit müqaviləsinin nömrəsi əsasında bank tərəfindən təqdim edilən rəsmi blank çıxış edir.

İştirak yalnız lombard kreditlərinə şamil olunur; istehlak, mikro və digər kreditlər nəzərə alınmır.

Hər müştəri yalnız bir dəfə qalib ola bilər.

İlk tirajda qalib olan müştərilər ikinci tirajda iştirak hüququna malik deyillər.

Qalibin kredit öhdəlikləri tam bağlanmayıbsa,uduş təqdim edilmir.

Uduşların pul ekvivalenti təqdim olunmur.

Tiraj nəticələri və kampaniya ilə bağlı daha ətraflı məlumat Qızıl Şans saytında, eləcə də AccessBank-ın Instagram, Facebook və LinkedIn səhifələrində paylaşılacaq.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment