Banklar


Unibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
14.04.2025

Unibank 2025-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb, biznes kreditləşməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm uğurlara imza atıb. Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəldib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 32% artaraq 457 milyon manatı ötüb və kredit portfelindəki payı 41%-ə çatıb. Ümumi kredit portfeli isə 123 milyon manat artıb.

Strateji inkişaf çərçivəsində rəqəmsal transformasiyaya xüsusi diqqət yetirən Unibank, Leobank layihəsi ilə kiçik və mikro sahibkarlar üçün tam rəqəmsal məhsul təqdim edib. Bu yenilik biznes müştərilərinə banka gəlmədən hesab açmaq, əməliyyatlar aparmaq və kredit əldə etmək imkanı verib. Hazırda bank əməliyyatlarının 73%-dən çoxu rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Rəqəmsal kanallar üzərindən aparılan biznes əməliyyatlarının sayı ötən dövrlə müqayisədə 14% artıb.

Nağdsız əməliyyatların inkişafı da davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. Təkcə ilk rübdə nağdsız əməliyyatların həcmi 3,2 milyard manatı, sayı isə 99 milyonu ötüb.

Bankın müştəri bazası ötən il ilə müqayisədə 12% artaraq, ümumi müştəri sayı 2 milyon 86 min nəfəri keçib. Sahibkar müştərilərin sayı 33%, hüquqi şəxslərin sayı isə 20% yüksəlib. Depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcmi 40 milyon manat artaraq, ümumi depozit portfeli 1,2 milyard manatı keçib.

Faiz və qeyri-faiz gəlirlərinin cəmi 85 milyon manat olub. Dövr ərzində Bank, rəqəmsal və dayanıqlı inkişaf strategiyasına uyğun olaraq investisiyalara əhəmiyyətli diqqət ayırıb. Bu investisiyalar, pərakəndə portfelin yenidən formalaşdırılması və yeni likvidlik tələblərinə uyğunlaşma nəticəsində yaranan yüksək faiz xərcləri ilə birlikdə qısamüddətli əməliyyat mənfəətliliyinə təsir edib. Hesabat dövründə əməliyyat mənfəəti 12 milyon manat, vergidən əvvəl mənfəət isə 3,6 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında artım davam edib. Məcmu kapital 10%-dən çox artaraq 180 milyon manata çatıb, aktivlərin həcmi isə 14% artaraq 1,8 milyard manatı ötüb.

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: “2025-ci ilin ilk rübündə rəqəmsal yeniliklər və dayanıqlı maliyyə təşəbbüslərimizlə yeni strateji vizyonumuza uyğun əhəmiyyətli irəliləyişlər əldə etmişik. Bankımız dayanıqlı maliyyə prinsiplərinə uyğun layihələr həyata keçirərək, ölkəmizin ekoloji hədəflərinə dəstək verir. Xüsusilə, yaşıl istiqrazlar vasitəsilə maliyyələşdirilən hibrid avtomobil layihəsi illik 340 ton karbon emissiyasının qarşısını almağa imkan yaradacaq. Unibank artıq yeni dövrün imperativlərinəuyğunolaraq yeni strateji baxışın bir hissəsi olan dayanıqlılıq yanaşmamızın yaxın günlərdə ictimaiyyətlə bölüşülməsini planlaşdırır.Yenilənən strateji baxışımız çərçivəsində ilin sonunadək bir sıra böyük layihələrində reallaşdırılmasını nəzərdə tuturuq. Bu layihələrin içərisində Leobank-la bağlı mühüm yeniliklər var. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir.”

Unibank – Sənin Bankın!


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment