Banklar


AccessBank 2025-ci ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır
14.04.2025

Azərbaycanda mikrosahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır. 

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

Bank, 2025-ci ilin 1-ci rübünün nəticələrinə görə,10.0 milyon manat xalis mənfəət əldə edib. 

Aktivlərin həcmi isəötən ilin analoji dövrü ilə müqayisədə 14.7% və ya 202 mln manat artaraq 1.6 mlrd. manata çatıb.

Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ilin 1-ci rüb ərzində:

- Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 14.6% və ya 150.7 milyon manat artıb və hesabat dövrünün sonuna 1 186.2 milyon manat təşkil edib.

- Kredit portfelinin 77.9%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 924.2 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 15.3% və ya 122.7 milyon manat artıb.

- Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrün sonuna 1 060.2 milyon manat təşkil edir. 

- AccessBank hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 15.5milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin ümumi həcmi 132.3 mln manata çatmışdır.

- Eyni zamanda, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 8 mln ABŞ dolları həcmində subordinasiya borc öhdəliyi cəlb olunmuşdur.Beləliklə, subordinasiya olunmuş borc öhdəliyinin həcmi 35.6 mln manata yüksəlmişdir. 

- 2025-ci ilin 1-ci rübü ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 31% və ya 48.3milyon artaraq 203.8 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.1 dəfə çoxdur. Artımın əsas drayveri generasiya edilən mənfəət və xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.

- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.1% artaraq 59.0 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 3.0 milyon artaraq 36.2 milyon manat təşkil edir. 

- Qeyri-faiz gəlirləri 3.6 milyon manatolub.

- Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin 1-ci rübündə də 16.4milyon manat təşkil edib. 

- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 83.1% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.8 dəfə yüksəkdir. 


AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment