Digər xəbərlər


Keçən il böyük maraqla qarşılanan Gənclərin Sosial Media Forumu Azərbaycanda ikinci dəfə keçiriləcək
10.04.2025

19 aprel, 2025-ci il tarixində “Avropa Azərbaycan Məktəbi”ndə 800-ə qədər iştirakçı ilə baş tutacaq Gənclərin Sosial Media Forumunda 9 təcrübəli spiker sosial media alqoritmləri, süni intellekt alətləri, marketinq kampaniyaları, podkastların inkişafı və dövrün digər aktual mövzuları ətrafında öz şəxsi təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi ölkədə sosial media sahəsində savadlılığın artırılması, innovativ məzmun yaradıcılığına dəstək vermək, gənclərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və peşəkarlarla güclü əlaqələr qurmaları üçün geniş imkanların yaradılmasıdır.

Forum çərçivəsində iştirakçılar öz sahəsində aparıcı olan mütəxəssislərin dəyərli təcrübələrini dinləmək fürsəti əldə edəcək. Sabir Camal "Datanı göstər, deyim kimsən", Göktuğ Sarı "Sosial medianın qazananları", Fərid Hacıyev "Öz kəpənəyini yarat", Nicat Manafov "Sosialda NƏ və NECƏ satır?", Cəfər Nəcəfov "AI işləsin, sən qazan" və Türkiyədən qonağımız olan Betül Uslu isə "Alqoritmlər beynimizi əridirmi?" mövzusunda maraqlı müzakirələr aparacaqlar. 



Həmçinin, Azərbaycanın ən reytinqli podkast platformalarından biri olan “Söhbətgah” komandası – Tural Yusifov və Əli Xəyyam tərəfindən “Podkast sektorunun inkişafı” mövzusunda xüsusi panel təqdim olunacaq.

Tədbirin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar. Bundan əlavə, gəncləri canlı musiqi, sponsorlardan dəyərli hədiyyələr, 100-dən çox peşəkarla netvörkinq imkanı da gözləyir.

Gənclərin Sosial Media Forumu 2024-cü ildə ilk dəfə keçirilmiş və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Bu il isə tədbir daha da zəngin məzmun formatı ilə baş tutacaq.

Gənclərin Sosial Media Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat öyrənmək üçün forumun rəsmi səhifəsinə keçid edə və vebsayt və ya sosial media hesablarımızı izləyə bilərsiniz:

Vebsayt: https://gsmf.az

Instagram: https://www.instagram.com/gsmf24/ 

Facebook: https://www.facebook.com/profile.php?id=61556396000253 

Linkedln: https://www.linkedin.com/company/g-ncl-rin-sosial-media-forumu/


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment