1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “Markswebb”in Azərbaycanın 2024-cü il üzrə mobil bankçılıq sıralamasında 1-ci yerdədir
09.07.2024

Ölkənin birinci bankı Kapital Bank-ın Birbank mobil tətbiqi "Markswebb" konsaltinq və araşdırma şirkətinin “2024-cü il üzrə Azərbaycanın mobil bankçılıq sıralaması" siyahısında 1-ci yerə layiq görülüb.

Araşdırmanın nəticələrinə görə, Birbank mobil tətbiqi geniş funksionallıq, ödəniş xidmətləri və innovativ yanaşmalar kimi müxtəlif kateqoriyalarda ölkə üzrə ilk  sırada qərarlaşıb. Xüsusilə Kapital Bank-ın son iki ildə əhəmiyyətli dərəcədə inkişaf etdiyi və yalnız Azərbaycanın bank sektorunda deyil, həm də Özbəkistan və Qazaxıstandakı banklarla rəqabətdə öndə olduğu da araşdırmada öz əksini tapıb. 

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sosial media hesablarında mövzuya münasibətini bildirib: “Böyük qürur hissi ilə bu xəbəri sizinlə bölüşürəm. Bankımız “Markswebb” konsaltinq və araşdırma şirkətinin “Mobile Banking Rank Азербайджан 2024” siyahısında 1-ci yerə layiq görüldü. Bu nailiyyət bankımızın müasir rəqəmsal xidmətlərdə lider mövqeyini bir daha təsdiqləyir və müştərilərimizə ən yüksək, keyfiyyətli mobil bankçılıq təcrübəsini təqdim etdiyimizi göstərir”.

Xatırladaq ki, Rusiya və MDB ölkələrində fəaliyyət göstərən “Markswebb” konsaltinq və araşdırma şirkəti maliyyə və bank sektorlarında məhsulların, eləcə də xidmətlərin istifadəçi təcrübəsini və effektivliyini analiz edir.Şirkət, maliyyə sektorunda, xüsusilə bankçılıq sahəsində rəqəmsal xidmətlərin inkişafını və optimallaşdırılmasını təmin etmək üçün dərin araşdırmalar aparır, qiymətləndirmələr həyata keçirir və strateji təkliflər verir.

Ətraflı məlumat üçün: https://kbl.az/mrkswb

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment