1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


KOB Model Müəssisənin imkanlarından yararlanmaq istəyən sahbkarların nəzərinə!
08.04.2024

Sahibkarlar KOB Model Müəssisənin təlimlərinə qatılmaqla istehsal prosesində zəruri olan biliklərə yiyələnə, onları təcrübədən keçirə bilərlər. 

Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisənin imkanlarından faydalanmaq istəyən sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) birbaşa (info@smb.gov.az və ya https://bit.ly/3xpwcX0), eləcə model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. 

KOB Model Müəssisənin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri aşağıdakı tələblərə cavab verməlidir: 

- KOB subyekti istehsalat ilə məşğul olmalıdır;

- İstehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyi olmalıdır.

Model Müəssisə tərəfindən keçirilən təlimlərdəisə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər. 

KOB Model Müəssisənin imkanlarından yararlanmaq istəyən KOB subyektlərinin Agentliyə daxil olan müraciətləri müvafiq bazaya əlavə ediləcək və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə təlimlərə cəlb olunacaqlar.Hər təlim proqramı bir neçə moduldan ibarət olmaqla, qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması və s. mövzuları əhatə edəcək. Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də Model Müəssisənin heyəti və təlimçiləri tərəfindən dəstək davam etdiriləcək.

Qeyd edək ki, KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış KOB Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəsisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə, eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisə tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment