1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib
06.04.2024

 “Azərbaycan Hava Yolları” QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində keçirilən əmək yarmarkasında iştirak edib.

AZAL Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinin işlə təmin olunması məqsədilə 15 vakansiya təqdim edib. Vakansiyalar siyahısında təhlükəsizlik inspektoru, yanğınsöndürən-xilasedici, yanğın avtomobili sürücüsü, daxiliyanma mühərriklərinin maşinisti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı və təmiri üzrə mühəndis, təmirçi-çilingər, qazanxana operatoru və rabitə texniki yer alıb.

Əmək yarmarkasında AZAL-ın əməkdaşları ziyarətçilərə mövcud vakansiyalar haqqında məlumat verib, namizədləri qeydə alıb və kadr seçiminin səmərəliliyinin təmin edilməsi üçün məlumatların təhlilini aparıblar. Yarmarka zamanı təqdim olunan vakant yerlərə 20-yə yaxın vətəndaş müraciət edib.

Daxil olan bütün müraciətlər ən qısa zamanda diqqətlə nəzərdən keçiriləcək və tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibədən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə işlə təmin olunacaqlar.

AZAL “Böyük Qayıdış” proqramını aktiv şəkildə dəstəkləyir. Bugünkü gündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki beynəlxalq hava limanı — Füzuli və Zəngilan aeroportları fəaliyyət göstərir. Hazırda bu hava limanlarında ümumilikdə 80-ə yaxın əməkdaş çalışır.

AZAL-ın Zəngilanda keçirilən əmək yarmarkasında iştirakı qurumun işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmin edilməsinə və sosial-iqtisadi inkişafın təşviq edilməsinə xüsusi diqqət ayırdığını vurğulayır.

Qeyd edək ki, yarmarkaya 23-ü özəl şirkət, 3-ü dövlət qurumu olmaqla 26 işəgötürən qatılıb. Təqdim olunan vakansiyaların ümumi sayı 253 təşkil edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment